Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                     Azərbaycan da hədəfdəymiş .....                     Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var .....                     Maştağada HƏR YER DƏLİXANA İMİŞ... .....                     Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? .....                     Bakı məsələni bizsiz həll edəcək .....                     Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq .....                     Avropa Trampın planının əleyhinədir .....                     Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər .....                     Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi .....                     İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb .....                     Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün .....                     İrəvan Bakının tələbinə boyun əyir .....                     Zaman İrəvanın əleyhinə işləyir .....                     "Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik" .....                     Qonşularla münasibət qurmağa çalışırıq .....                     Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü .....                     Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. .....                     Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib .....                     “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” .....                     “Həmin intim görüntüləri mənə özü göndərmişdi” .....                     Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? .....                     Borc aldığı şəxsi öldürən hərbçidən .....                     Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... .....                 

Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Tarix: Bu gün, 10:10 | Çap et
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb...
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın “Avrasiya İttifaqı” yaradılması ilə bağlı danışıqlar apardığını rəsmən təsdiqləyib. Dövlət Dumasında çıxışı zamanı o, Kremlin Avrasiya qitəsinin bütün ölkələrini birləşdirən bir təşkilatın yaradılması konsepsiyasını irəli sürdüyünü və onu həyata keçirmək üçün praktik addımlar atdığını söyləyib.

“Bəllidir ki, Afrikada Afrika Birliyi var, hansı ki, qitə ölkələrini birləşdirir. Latın Amerikasında Latın Amerikası və Karib dənizinin birliyi, həmçinin onların ümumi mədəniyyət təşkilatı var. ATƏT Avro-Atlantik konsepsiyaya əsaslanır. Eləcə də çoxsaylı subregional qurumlar, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri (ASEAN) birliyi, Fars körfəzinin ərəb dövlətlərinin əməkdaşlıq şurası daxil olmaqla çoxsaylı subregional qurumlar mövcuddur. Avrasiyada belə bir qurum yoxdur. Təbii ki, bir-birinə bitişik olan qitənin bütün ölkələrinin təmsil olunacağı bir forum da yoxdur. Artıq bu işə başlamışıq, qonşularımızla yeni müqavilələr bağlayırıq və əlaqələri inkişaf etdiririk”, - Lavrov bildirib.

Nazir Rusiyanın MDB ölkələri və qitədəki tərəfdaşlarla intensiv siyasi dialoq apardığını da vurğulayıb. “Yeni Müsavat” xatırladır ki, bu yaxınlarda “Financial Times” nəşri ötən ilin aprelində Rusiya hökumətinin məxfi hesabatını əldə etmişdi. Sənədə görə, Moskva Avrasiyada özünün lider mövqe tutacağı yeni hərbi-siyasi və iqtisadi mərkəzi yaratmağı hədəfləyib. Ötən ilin noyabrında Rusiya və Belarus müvafiq Xartiyanın əsas müddəalarını hazırlayıb. Hazırda sənədin son versiyası üzərində iş gedir. Eyni zamanda MDB ölkələrini bu prosesə cəlb etmək üçün müəyyən diplomatik-siyasi fəaliyyət həyata keçirilir.

Diqqətçəkicidir ki, ötən şənbə - fevralın 22-də Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi operativ iclasda müzakirə edilən mövzulardan biri də “MDB-də ən yaxın tərəfdaşlarla əlaqələrin inkişafı və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər” olub... Heç şübhəsiz ki, Ukraynadakı taktiki hərbi uğurlar, Trampın Putinə qarşı görünməmiş loyallığı Moskvanı bu layihəni reallaşdırmağa daha da ruhlandıracaq. Bəs Azərbaycanın plana münasibəti necədir və ya necə olmalıdır? Ona qoşulmalıyıqmı, əgər söhbət faktiki altdan-altdan SSR-ni hansısa yeni formada bərpa eləmək niyyətindən gedirsə.

“Rusiya heç zaman imperiya ambisiyalarını gizlətməyib. Ona görə Lavrovun sözləri sürpriz deyil. Elə Ukraynaya hücum da sovet ittifaqını yeni modeldə bərpa etmək, postsovet məkanında ağalığı gücləndirmək istəyi idi, amma burnu ovuldu”, - deyə “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli belə şərh edib. Onun sözlərinə görə, Ukrayna da ittifaqa qoşulacaqdı, üç slavyan ölkəsinin blokuna digər keçmiş sovet respublikaları da yaxınlaşmaq məcburiyyətində qalacaqdı: “İndi bunu reallaşdırması mümkün deyil. Əvvəla, strateji mövqeyi zəifləyib, üstəgəl, Çindən asılılığı artıb, BRİKS-də nəsə etməyə çalışır. O nöqteyi-nəzərdən, Avrasiya İttifaqı qurması mümkün görünmür. ABŞ Rusiyanı təcriddən ona görə çıxarır ki, sözəbaxan və xammal ölkəsi olaraq qalsın, daha çevrəsinə hədə-qorxu gəlməsin”.

Q.Hüseynlinin fikrincə, əgər Avrasiya İttifaqı yaranarsa, Cənubi Qafqaz ölkələri orada olmayacaq: “Avrasiya İqtisadi İttifaqı var, Ermənistandan başqa kim üzvdür? O da indi Avropa İttifaqına üzvlük üçün qanun layihəsini parlamentdə təsdiqləyib. Yəni bu təşkilatın bir də siyasi platforma kimi meydana çıxması perspektivli görünmür. Azərbaycan Türk Dövlətləri Təşkilatına qoşulub, Orta Asiya ölkələri də bu platformaya üstünlük verir, odur ki, Lavrovun və Kremlin arzuları gözündə qalacaq. Özünüz təsəvvür edin, hazırkı Paşinyan iqtidarı Avrasiya İttifaqına qoşularmı? Gürcüstanla ərazisi işğal olunduğu üçün münasibətlər rəsmi səviyyədə düşmənçilikdir, faktiki olaraq, rəsmi Tiflis Rusiyanın olduğu yerlərə getmir. Misal üçün 3+3 layihəsi var, Gürcüstan Rusiya orada olduğuna görə regional layihədə iştirak etmək istəmir. Bu mənada, Lavrovun nə deməsindən asılı olmayaraq, reallıqları qiymətləndirmək lazımdır. Rusiyanın Avrasiya İttifaqı ideyası gorbagor oldu. Buna da əsas səbəb Ukrayna müharibəsinin nəticələridir. İndi rusları əvvəlki qədər eşitmirlər, əksinə, onun ətrafına ehtiyacı artıb. Bir sözlə, biz Turan çətiri altındayıq, gürcülər və ermənilər avrointeqrasiya yolundadır, Rusiyanın bölgəni yenidən buxovlamaq, öz istədiyi şəkildə cilalamaq planları həyata keçə bilməz. Əvvəlki dönəm olsaydı, bəlkə nəyəsə nail olardı".

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Rusiya bu həvəsini heç zaman itirməyəcək, amma zəifləməsi fonunda gerçəkləşdirə bilməyəcək: “Lavrov indi özü Türkiyəyə gedib, itirdikləri Suriyanı və Ukraynanı müzakirə edirlər. Hər ikisini itirib. Ukrayna xalqı heç zaman Rusiya ilə mehriban olmayacaq. Suriya da əldən gedib və Avrasiya İttifaqı bloku qurmaq istəyən dövlətin diplomatı indi Türkiyədə itirilmiş mövqelər barədə danışır. Güclü olmaq üçün ağıllı siyasət yürütmək lazımdır. Rusiyanın qabaq tərzi isə işləmir və heç zaman qonşuları üçün cəlbedici olmur. Ölkələr o zaman bir alyansda birləşirlər ki, səmimi əməkdaşlıq, mehriban münasibətlər var. Rusiya isə təhdid edərək, təzyiqlə bu ölkələri Avrasiya İttifaqında görmək istəyir. Belə dəvət olmur. Çünki Rusiya ətrafı üçün maraqlı deyil. Əgər yaxşı olsaydı, ölkələr Avropa İttifaqına can atmazdılar. Axı Rusiya yaxşı nə vəd edir? Ona görə də özü izolyasiya vəziyyətindən çıxmağa çalışan Rusiyanın hədəflərini həyata keçirməsi üfüqdə belə görünmür”.

Siyasi şərhçinin fikrincə, bundan sonrakı Rusiya sanksiyalardan canını xilas etmək istəyən ölkə olacaq və dəhlizlər axtarışını davam etdirəcək: “Rusiyaya Avrasiya İttifaqı deyil, iqtisadi nəfəslik lazımdır. Hətta Avrasiya İqtisadi Birliyi də onun dadına çatmır. Avropa Birliyi 17-ci sanksiya paketini hazırlayır. Hər nə qədər etiraf etməsələr də, iqtisadiyyat ciddi zərbələr alıb. Ukrayna bataqlığındakı Rusiyanı bundan sonra düşdüyü vəziyyətdən çıxmaq, itkilərini bərpa dövrü gözləyir. Yəni sınıq-salxaq vəziyyətə saldılar, yordular, asılılığını artırdılar, indi deyirlər ki, get, başını aşağı sal öz problemlərini həll elə, daha kiməsə hərbə-zorba gəlmə. Rusiya hegemon güc deyil, Trampın bəyanatlarında hiylə görünür. Onun Rusiyanı gözükölgəli etmək niyyəti var”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Bu gün, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Bu gün, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Bu gün, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Bu gün, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Bu gün, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Bu gün, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Bu gün, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Bu gün, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Bu gün, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Bu gün, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Bu gün, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Bu gün, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Bu gün, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Bu gün, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Bu gün, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Bu gün, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Bu gün, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Bu gün, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Bu gün, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Bu gün, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bu gün, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Bu gün, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Bu gün, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Bu gün, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Bu gün, 15:10
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Bu gün, 14:59
İrəvan Bakının tələbinə boyun əyir – Ehtiyac və zərurət
Bu gün, 14:02
Zaman İrəvanın əleyhinə işləyir - FAKT BUDUR!
Bu gün, 14:00
"Şəkidə bu çərşənbələri çox gözəl qeyd edərdik"
Bu gün, 13:58
Qonşularla münasibət qurmağa çalışırıq - Simonyan BELƏ DEYİR
Bu gün, 13:09
Azərbaycanda bələdiyyə işçisi yeni sədrin kabinetində öldü
Bu gün, 13:08
Səkilərdəki bəzək-düzəkli, sürüşkən daşlar kimə lazımdır?.. - ETİRAZ
Bu gün, 13:05
Yanvarda quru yolla Azərbaycana 45,6 min nəfər gəlib - RƏSMİ
Bu gün, 13:00
“Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər” - Aydın Xan Əbilov
Bu gün, 12:57
“Həmin intim görüntüləri mənə özü göndərmişdi” - “Kanal-1”in rəhbərinin CİNAYƏT İŞİ
Bu gün, 12:55
Sabunçuda 15 nəfəri öldürən içkiyə nə qatılıb? - AÇIQLAMA
Bu gün, 12:48
Borc aldığı şəxsi öldürən hərbçidən YENİ XƏBƏR var
Bu gün, 12:45
Bu icra başçılarının özlərinə KÜÇƏ SÜPÜRTDÜRƏSƏN... - ADLARI BƏLLİ...
Bu gün, 12:42
Gömrük sisteminin ŞÜBHƏLİ TENDERLƏR seriyası... DAVAM EDİR!
Bu gün, 12:34
"Gənc görünməyimi xaşa borcluyam" - Çağla Şıkel
Bu gün, 12:28
Serdar Ortaça 10 ay həbs cəzası verilib
Bu gün, 12:26
İrəvan yeni milli strategiya qəbul edir: “Qarabağ”, “soyqırım”… - erməni mediası
Bu gün, 12:21
Azərbaycan "Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi"nə üzv qəbul edilib
Bu gün, 12:15
"Humana" ilə körpələri necə zəhərləyirlər... - AÇIQLAMA
Bu gün, 12:10
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru