Xaçmaz rayon sakinləri mərkəzi küçələrin belə geca saatlarında normal qaydada işıqlandırılmamasından giley edirlər. "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə açılan müzakirələrdə sakinlər yerli icra hakimiyətinə xitabən problemin həllinə dəstək istəyirlər.
Sakinlər bildirir ki, ucuz lampalarla küçələr işıqlandırıldığından onlar qısa müddətdən sonra xarab olur: "Hətta Heydər Əliyevin abidəsinin önü belə bərbad durumdadır".
Qeyd edək ki bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunub. Sakinlər yerli icra hakimiyyəti işçilərini təkcə bu məsələyə görə yox, rayondakı digər problemlərdən dolayı da qınayaraq onları yarıtmazlıqda ittiham ediblər...