"Mənə kömək edin... bu ölkədən ÇIXIM GEDİM..." - "Artıq bu yaşda dərk etdim ki..."
Keçən günlərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasovun səhhətindəki problemləri ilə bağlı həyəcan təbili çalmışdıq. Qeyd edək ki, olduqca ağır şəraitdə yaşayan alimimizlə bağlı AMEA-ya və aidiyyatı qurumlara müraciət olunsa da, hələ də durum dəyişməz olaraq qalır.
"DİA-AZ" xəbər verir ki, vəziyyətin bu şəkildə davam edə bilməyəcəyinə əmin olan İ.Abbasov artıq Azərbaycanı tərk etmək qərarını verib və bu dəfə məhz bu xahişlə ictimaiyyətdən dəstək istəyib. Onun müraciətini - ürək ağırısı ilə dolu sözlərini olduğu kimi təqdim edirik:
"Təcili yardım indi getdi. 2 gün əvvəl aptekə, indi də yataqxanaya. O gün özüm həyatla ölüm arasında çarpışırdım, bu gün 18 yaşlı tələbə qızım. İmtahan hazırlaşırdı. Hansı şəraitdə?! Qəflətən halı pisləşdi, təzyiq düşdü, əl-ayaq buzlaşdı. Çaşqınlıq halalrı yaşandı. Təcili yardım həkimləri gəldilər, iynə vudular, dərman verdilər. Qaldığımız şəraitə heyrət etdilər ki, alimə verilən dəyərə baxın e, belə yerdə saölam adam xəstəlik tapar. Necə sığışırsınız bu otağa 4 nəfər. Hətta biri də məsləhət verdi ki, qızı tez bir ər tapıb verin, xilas olsun, yazıqdır, burada məhv olar. Bəli, 20 yaşlı oğlum əsəb xəstəliyindən əziyyət çəkir, 3 adda dərman qəbul edir hazırda (Olanzapine, Buspiron, Escitalopram). Tam şəraitsiz bir yerdə. Özüm yaddan çıxmışam. Keçən ilin yanvar ayında ölkə prezidentinə, vitse-prezidentə, humanitar şöbəyə məktub ünvanlamışam, çatmayıb. Dəfələrlə AMEA prezidentinə müraciət etmişəm, faydası olmayıb. Milli Məcilisn alim üzvlərinə, xüsusən akademiklər Rafael Hüseynova və Əhliman Əmiraslanova müraciət etmişəm, həmkar kimi vəziyyətinmə biganə qalmayacaqlarına ümid etdiyimi bildirmişəm, heç veclərinə də almmayıblar. Bir ailənin göz görə-görə səfalət içində işgəncələrə tərk edilib məhv edilməsinə vəzifəli akdemiklər belə laqeyddirlər. Deməli, ölkə yaşannmaz hala gəlib. Bu ölkədə yaşamaq üçün ən azından İsa, Musa, Kamal, Kamil, Əli, Vəli, Möhsün, Nadir və digərləri olmalısan. Bu ölkədə yaşamaq üçün oğlun vəzifədə ən azı yüz milyon pul mənimsəməlidir, özün rüşvətə, yalana, xəyanətə və satqınlığa "hə" deməlisən. Mən başıma gələnləri deyib kimlərisə narahat etmək niyyətində deyiləm, çünki neçə kasıb insan yazıb mənə kömək etmək istəyir, qan ağalyırlar. Bu reallığın doğurduğu xəcalətdən adam ölmək istəyir. Sanki dinc Vətəndə, dövlətdə deyil, ağır müharibələrin getdiyi, iqtisadiyyatı məhv olmuş hansısa qərib bir mənmləkətdə yaşayıram. Yaxşı insanlardan bir şey xahiş edirəm: Mənə yazığınız gəlməsin, əksinə, xeyirxahlıq naminə mənim Azərbaycandan çıxıb getməyimə kömək edin! Əməyimə qiyməıt verilsə, pis tədqiqatçı deyiləm. İnanıram ki, oralarda qalan ömrümü əməyə həsr edib qarşılığında uşaqlarıma köməklik göstərmək imkanım olacaq. Atam kasıblıq içində yaşadı, imkansızlıqdan adi müalicə kursu keçə bilmədi, infarkdan vaxtsız vəfat etdi. Mən gələcəyə ümidlə baxdım, hər cür ağır şəraitdə bu Vətənə, dövlətə zərrə qədər ziyan gətirəcək hərəkətlərə yol vermədim, özümü az maaşla gərgin əməyə həsr etdim, ən ağöır şəraitlərdə yaşamağa dözdüem. Nəticəsi çox ağır oldu. Artıq özümün həyatı məhv olub, gənc övladlıarımın məhv olmasını istəmirəm! Onların nə günahı var?! Artıq bu yaşda dərk etdim ki, burada işləməyin, can qoymağın sonu fəlakətdir, baxımsızlıqdır, xəstəlik və vaxtsız ölümdür".
|