Gürcüstandakı iğtişaşlar tam olaraq orqanik proses deyil .....                     Lavrovu buraxdılar... .....                     Günahkar kimdir: Məktəb, yoxsa valideyn? .....                     “İpək Yolu Sığorta”nın səhmdarları .....                     Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır .....                     Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib .....                     'ŞİRVANŞAH'IN QÜRUBU... .....                     İqtisadçılar Azərbaycanda dollar bolluğunun təsirlərindən danışırlar .....                     Çinlə müharibə ABŞ-ın silah-sursat ehtiyatının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq .....                     Dəfn üçün birdəfəlik müavinət niyə hamıya verilmir? .....                     Burda Əmrullayevin sözünün KƏSƏRİ YOXDUR? .....                     "Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir" .....                     "Orada bir işçi var, heyif ki, elə işçilər var..." .....                     Sahibkarların kütləvi həbsi nədən xəbər verir? .....                     Pekindən Moskvaya “dost” zərbəsi: Rusiya banklarından imtina .....                     ABŞ-dakı erməni diasporundan məkirli addım... .....                     Fransa parlamenti hökumətə etimadsızlıq haqqında qətnaməni qəbul edib .....                     Məktəblərdə dərs saatları azaldılacaq? .....                     Gömrükdə MAAŞ BÖHRANI: Düz 3 aydır ki... .....                     Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı .....                     Bu ölkədə Priqojinə abidə ucaldıldı .....                     “Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                 

Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı - İTTİHAM VAR...
Tarix: 2-12-2024, 12:04 | Çap et
Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı
Bu yazı Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 206-cı maddəsinin 206.1. bəndinin tələblərinə (cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.) uyğun hazırlanıb və bütün aidiyyatı dövlət qurumlarının vaxtında və operativ ölçü götürmələri üçün nəzərdə tutulub. Sözügedən Məcəllənin 206.2. bəndinə əsasən, törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər.

Qeyd edək ki, ötən həftə Aktualinfo.org-da dərc edilmiş bu məlumatlar daha öncə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, 1 nömrəli avtoparkın müdiri – Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qsəbəsi, Dadaş Bünyadzadə küçəsi 10E ünvanında qeydiyyatda olan Süleymanov Elçin Zakur oğlu tərəfindən başda prezident İlham Əliyev olmaqla hüquq mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə də göndərilib.

Elçin Süleymanovun müraciətindən sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verənlərlə bağlı ətraflı araşdırma apardıq.

Dövlət Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikayılovun “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmət”indəki kadrı kimi tanınanlardan biri də Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Şahin oğlu Cəbrayılovdur. O, daha əvvəllər Dövlət Gömrük Komitəsində işləyib. 08 avqust 2016-cı ildən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Onun gömrük orqanlarından xaric edilməsinin əsl səbəbi bizə bəlli olmasa da, özü 30.10.2024-cü il tarixində 1 nömrəli avtoparkda rəhbər və mühəndis heyəti ilə keçirilən iclasda etiraf edib ki, (vedomateriallar mövcuddur) Dövlət Gömrük Komitəsində işlədiyi dövr ərzində rüşvət yolu ilə pul əldə edib, hətta 300 000 AZN məbləğində mövcud olmayan mal-materialları qəbul edib və qəbul sənədinə imza atıb.

O daha sonra Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təsərrüfat şöbəsinin müdiri vəzifəsinə gətirilib. Bu 2021-ci ilin aprelində Zaur Mikayılovun Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsindən sonra baş tutub. Dövlət Su Ehtiyatları Agentliyinin razılıq məktubu ilə 21.06.2024-cü ildən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, sözügedən idarə istər Qorxmaz Hüseynovun dövründə “Azərsu” ASC-nin tabeliyində olduğu dövrdə, istərsə də indi ən korrupsiyaya bulaşmış bir yerdir. Burada hər il milyonlarla manat dövlət vəsaiti silinir. Bütün aidiyyatı qurumlar da burada baş verənləri görməzdən gəlirlər. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 nömrəli avtoparkın müdiri, zorla işdən çıxarılmış Bakı şəhər sakini Süleymanov Elçin Zakur oğlu burada baş verənlərlə bağlı ən yuxarı instansiya dövlət qurumlarına müraciət edib.Lakin bütün aidiyyatı qurumlar göstərilənlərin araşdırılmasını yenə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə tapşırıblar.

Burada Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq.
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

İndi gəlin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınmasına ayırdığı pullara baxaq .

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 16.09.2024-cü ildə başladığı açıq tenderə 27.11.2024-cü ildə yekun vurub. Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 3.866.241,68 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, elektron mediada “AVTO TEXNİKA DETALİNG” MMC-nin adı bir sıra dövlət qurumları ilə keçilən şübhəli satınalmalarda hallanır. MMC son illər daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumlara ehtiyyat hissələri satmağı ilə tanınır.

“Azərsu” ASC kimi isə qurum 2024-cü ilin 3 ayı ərzində nəqliyyat vasitələri üçün süzgəclərin satın alınması üzrə “AS MOTORS” MMC ilə 129.345,38 manat, yağ və sürtkü materiallarının satın alınması üzrə “AZ BATTERY” MMC ilə 662.371,76 manat, diyircəkli yastıqların satın alınması üzrə “ZRM BEARİNG” MMC ilə 83.732,8, akkumlyatorların satın alınması üzrə “PARK SERVİS” QSC ilə 193.678,99 manat, avtoşinlərin satın alınması üzrə “ŞURATAZ LTD” MMC ilə 884.905,6 manat məbləğində satınalma müqavilələri bağlanıb.

Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son 2023-cü il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb.

Göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” son iki ildə yalnız ehtiyyat hissələrinin alnmasına bizim dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə 9 173 841 manatdan çox dövlət vəsaiti ayırıb. Əgər avtopark müdiri işləmiş Elçin Süleymanovun qeyd etdikləri kimi, təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələri qanunsuz çıxarılaraq digər nəqliyyat vasitələrinə quraşdırılırsa, uzun müddət təmirə dayanan nəqliyyat və xüsusi texnikaların ehtiyyat hissələri talan edilirsə, silinməyə gedən nəqliyyat və xüsusi texnikaları talan edilirsə, müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilirsə, sürücülərə məcburi ehtiyyat hissələri aldırılırsa ayrılan milyonlarla manat dövlət vəsaitləri hara gedir?

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstandakı iğtişaşlar tam olaraq orqanik proses deyil - ÇÜNKİ...
Bu gün, 06:25
Lavrovu buraxdılar... - amma onu YOX!
Bu gün, 06:22
Günahkar kimdir: Məktəb, yoxsa valideyn? - AKTUAL
Bu gün, 03:17
“İpək Yolu Sığorta”nın səhmdarları TOPLANIR
Bu gün, 03:12
Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır - Sergey Ryabkov
Bu gün, 03:01
Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib
Bu gün, 02:47
'ŞİRVANŞAH'IN QÜRUBU... - Başı dərddədir...
Bu gün, 02:45
İqtisadçılar Azərbaycanda dollar bolluğunun təsirlərindən danışırlar - NƏ ETMƏLİ?
Bu gün, 02:27
Çinlə müharibə ABŞ-ın silah-sursat ehtiyatının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq - Sallivan
Bu gün, 02:22
Dəfn üçün birdəfəlik müavinət niyə hamıya verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:20
Burda Əmrullayevin sözünün KƏSƏRİ YOXDUR? - FAKT BUDUR!
Bu gün, 02:14
"Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir" - Rəsmi Bakıdan SƏRT TƏPKİ
Bu gün, 00:28
"Orada bir işçi var, heyif ki, elə işçilər var..." - QALMAQAL
Bu gün, 00:24
Sahibkarların kütləvi həbsi nədən xəbər verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:22
Pekindən Moskvaya “dost” zərbəsi: Rusiya banklarından imtina - Görünəni odur ki...
Bu gün, 00:11
ABŞ-dakı erməni diasporundan məkirli addım... - FOTO
Bu gün, 00:07
Fransa parlamenti hökumətə etimadsızlıq haqqında qətnaməni qəbul edib - KİV
Dünən, 23:35
Məktəblərdə dərs saatları azaldılacaq? - AÇIQLAMA
Dünən, 23:22
Gömrükdə MAAŞ BÖHRANI: Düz 3 aydır ki... - rəsmlərsə susur...
Dünən, 23:19
Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı - axtarışda ola-ola dinc dayanmayıb...
Dünən, 23:09
Bu ölkədə Priqojinə abidə ucaldıldı - FOTO
Dünən, 23:06
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru