Əməkdar artist Yusif Mustafayev dostlarına verdiyi 104 min manat borcu hələ də geri ala bilməyib.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" proqramında danışıb. O, borc verdiyi pulları əziyyətlə qazandığını bildirib:
"Verdiyim borcları hələ də almamışam. Dostlarımdır, amma deyirəm ki, adlarını çəkəcəyəm, qınaq obyektinə çevriləcəklər. Biz ailə dostları olmuşuq. İndi ancaq salam-sağol var. Bir dostumun 60 min borcu var idi, 4900 manat qaytarıb. İki aydan bir 100 manat qaytarır. Biri də elə onun kimi. And verirəm Allahınıza, mən o pulları keyflə qazanmamışam. Toylarda bu sifətimə nə qədər sözlər deyilb, o cür qazanmışam. Bu pulları birdəfəyə verməmişəm. Bir dostum məsələn zəng edib ki, banka 3 min dollar borcum var. Bir dəfə yox. dəfələrlə ödəmişəm. Gəlib 30 min dollara çıxdı. Onda da dollar ucuz idi. İndi mən pis olmuşam dostumun yanında, salamı da mənə soyuq verir. Xahiş edirəm, pullarımı qaytarın. Onları keyflə qazanmamışam, amma o pulu sizə halal etmirəm".