Dezinformasiya ilə necə mübarizə aparaq? .....                     Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ .....                     İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... .....                     Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? .....                     "İçim parça parçadır" .....                     "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." .....                     Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür .....                     Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? .....                     Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür .....                     Trampın Ukrayna ilə bağlı PLANI VAR .....                     Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... .....                     Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb .....                     "Əməliyat etdirməyə gücümüz çatmır..." .....                     “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” .....                     Minimüharibə olacaq: ya məcburi, ya da… .....                     "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" .....                     Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil .....                     Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... .....                     "Bizdə nə qədər problem olsa da... .....                     Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu .....                     Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər .....                     Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                 

Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Tarix: 21-12-2024, 17:48 | Çap et
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək
Azərbaycan Ermənistanla daha heç bir müharibədə maraqlı deyil. Bu barədə Prezident İlham Əliyev dekabrın 18-də rusiyalı tanınmış telejurnalist Dmitri Kiselyova müsahibəsində növbəti dəfə aydın şəkildə bildirdi.

Çünki biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi artıq bərpa eləmişik. Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə girmək isə ağlımızdan da keçmir. Belə niyyətdə olsaydıq, bunu 44 günlük Vətən savaşı zamanı asanca edərdik. Amma kimə deyirsən...

Xain xoflu olur axı. Bakının bunca xoşməramlı jestlərinə və mesajlarına, beynəlxalq hüquq əsasında sülh müqaviləsini tezləşdirmək çağırışlarına rəğmən və 4 ildir havadan asılı qalan barışıq əlimizi sıxmaq əvəzinə, erməni tərəfi inad göstərir, sülh demaqogiyasından imtina eləmir və hücum ordusu qurmaq üçün (bunu gizlətmirlər də) vaxtı uzadır. O zaman İlham Əliyevin xəbərdarlıq elədiyi kimi, bizdən inciməsinlər.

Amma belə görünür ki, Ermənistanı sülhə gətirmək üçün 2025-də daha bir “dəmir qapaz”a ehtiyac yaranacaq. Bu, hansı formada olacaq, onu zaman göstərəcək. Proseslər deyəsən buna aparır. Zira dəfələrlə yazmışıq, yenə vurğulamaq zərurəti var ki, istənilən sülhün, - yarımçıq və ya bütöv, fərq eləməz, - alternativi müharibədir. Sülh sənədinin imzalanmaması o deməkdir ki, iki qonşu ölkə müharibə vəziyyətində qalmaqda davam edir...

Ümid edək ki, gələn il üçün özünə rekord həddə (1.7 milyard dollar) hərbi büdcə müəyyən eləmiş Ermənistan faciəvi sonluqdan vaxtında yayına biləcək. Bilməsə, babalı öz boyunlarına. Hər halda, Azərbaycanın 2025-i il üçün hərbi xərcləri ondan 3 dəfə çox (5 milyard dollar) olacaq. Bu, revanşistlərə nəsə deməlidir. Bizimlə mənasız silahlanma yarışına girməyin altını müstəsna olaraq, Ermənistan və onun əhalisi çəkəcək.

Az-çox ağlı və məntiqi yerində olan ermənilər bunu yaxşı fərqindədir. Onun da fərqindədirlər ki, Azərbaycan NATO üzvü Türkiyənin modelinə uyğun ordu quruculuğunu faktiki yekunlaşdırıb. Yəni budəfəki “dəmir yumruq” əvvəlkindən də ağrılı ola bilər.

Qısacası, “X günü”ndə Ermənistanı əlimizdən heç kimin ala bilməyəcəyini gərək İrəvan rəsmiləri qulaqlarında “sırğa” eləsinlər. Və arada bir xəritəyə baxsınlar. Revanşist Ermənistanı heç İlon Maskın “Starlink” peyk sistemi də xilas etməyəcək...

Əfsus ki, 2024-də də Ermənistan rəhbərliyindən konstruktiv mövqe görmədik. Sanki baş nazir Nikol Paşinyan Köçəryan-Sərkisyan dövrünün taktikasına qayıdıb, devirdiyi sələflərin səhvlərini təkrarlamaqla məşğuldur. Üzdə özünü dünyaya “sülh göyərçini” kimi sırımağa çalışsa da.

Yoxsa yenə burdan-bura qıpqırmızı üzümüzə durub “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ilı bağlı heç bir müddəa yoxdur” söyləməzdi. Və ya onun belə bir fikri ki, “Azərbaycana torpaq iddiamız olsaydı, Qarabağdan köç edən ermənilərə qaçqın statusu verilməzdi, qaçqın statusu ərazi iddiasının olmadığının sübutudur, Qarabağ erməniləri Ermənistanın heç bir seçkilərində iştirak etməyib”.

Xocalı hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyan da deyirdilər ki, konflikt Azərbaycana ərazi iddiasından doğmayıb, bu - “Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə” məsələsidir.

Bəs Ermənistan vətəndaşlarının (çağırışçıların) işğal dövründə hərbi xidmətlərini sanki öz ölkəsinin ərazisi kimi Qarabağda keçməsi? Bunun adı nə imiş görəsən? 2-ci Qarabağ müharibəsində iştirak və fərarilik etmiş Ermənistan vətəndaşı olan yüzlərlə zabit-hərbçiyə Ermənistan məhkəmələrində yerli Cinayət Məcəlləsi əsasında kəsilən cəzalar necə olsun?

Yaxud hər il separatçı-xunta rejiminin büdcəsinin Ermənistan büdcəsi hesabına formalaşdırılması faktı? Nəhayət, Qarabağ sakini, Köçəryanın Azərbaycan vətəndaşı ola-ola 1998-ci ildə Ermənistandakı prezident seçkisinə qatılması və 10 il (2008) ölkənin başında durması?!

Bit daha yada salaq: o vaxt prezidentliyə namizəd kimi qeydə alınması üçün Köçəryan Ermənistan vətəndaşlığı daşımalı, azı 10 il orada yaşamalı idi. Təbii ki, o, bu şərtlərə uyğun gəlmirdi. Məhz onda Ermənistan Konstitusiya Məhkəməsi keçmiş Dağlıq Qarabağı Ermənistan ərazisi sayan Müstəqilik Aktını və indiki konstitusiyanı (preambula) əsas götürərək, Köçəryanın Qarabağda yaşadığı illəri Ermənistanda yaşayıbmış kimi şərh edərək, onu seçkiyə buraxmışdı.

Peşəkar yalançıya çevrilmiş Paşinaynın buna nə sözü? Dil zinasından imtina zamanı, tövbə zamanı çatmadımı? Bütün hallarda “hərb, yoxsa sülh” oyununa yeni ildə son qoymaq lazım gələcək. Necə? Bu, artıq İrəvanın seçimidir...

musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
"İçim parça parçadır"
Dünən, 22:34
"Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37
Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35
Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33
Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28
Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57
Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55
Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22
"Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19
“Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04
Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39
"Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37
Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17
Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15
"Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13
Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10
Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru