Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Müdafiə Nazirliyi 4 tenderə yekun vurub.
"DİA-AZ" xəbər verir ki, nazirlik tenderlərin qalibləri ilə toplamda 3,487,766.71 AZN dəyərində müqavilələr imzalayıb.
Tenderlərdə 3 şirkət və 1 fiziki şəxs qalib seçilib.
Ən iri məbləğli tenderin dəyəri 1.898.940,96 AZN təşkil edir və "Azərbaycan Ordusunun hərbi hissələri üçün rabitə vasitələrinin və əlaqədar avadanlıqların satın alınması" ilə bağlıdır. Sözügedən tenderi “B2B Group” MMC şirkəti udub.
Qeyd edək ki, “B2B Group” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramal Bəşirov Bəşir oğludur. Hüquqi ünvanı AZ1130, Bakı Şəhəri Binəqədi Rayonu, M.Rəsulzadə Ştq, Qəzənfər Musabəyov (Rəsulzadə qəs.), ev 91 ünvanında yerləşir.