FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                     Trampdan ilham almış rus tarixçisi: .....                     Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? .....                     16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, .....                     Saxta plastik cərrahlar üçün SON GÜN .....                     Tramp və Paşinyanın sirli fotosu .....                     Paşinyan sülh layihəsindən danışdı .....                     Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı .....                     Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? .....                     “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” .....                     Tramp təyyarə qəzasını sabotaj hesab edir .....                     Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır .....                     DTX-dan xüsusi əməliyyat: .....                     Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır .....                     Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? .....                     Tehran və Moskvanın narahatlığı bəlli oldu .....                     Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: .....                     Jurnalistə bu universitetdə .....                     "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" .....                     Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı .....                     Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? .....                     “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" .....                     Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək .....                     Azərbaycanda bank faizləri çox yüksəkdir... .....                 

Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Tarix: Dünən, 17:23 | Çap et
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı
Tbilisi Brüssel bürokratiyasına sərt zərbə vurdu. Ölkənin daxili işlərinə misli görünməmiş müdaxiləyə, təzyiqlərə və hədələrə baxmayaraq, Gürcüstan suverenliyini və milli ləyaqətini qorumağı üstün tutdu. Avropa Şurasının ultimatumu qarşısında Gürcüstan nümayəndə heyətinin Parlament Assambleyasında (AŞPA) iştirakını dayandırması qərarı prinsipial bir mövqenin ifadəsi oldu.

Bu nümayişkaranə və prinsipial addım Avropaya ciddi bir mesajdır. Brüssel postsovet məkanındakı ölkələrə saxta “demokratiya” şüarları və psevdoliberal söz yığınları sousu altında öz iradəsini diktə etməyə öyrəşmişdi. Fəqət indi reallıq dəyişib: Gürcüstan xarici təzyiqlərə və həyasız şantaj cəhdlərinə razılaşmaq niyyətində deyil.

AŞPA-nın qərarı açıq şəkildə təxribatçı sayıla bilər. “Demokratiyanın müdafiəsi” adı altında Assambleya Gürcüstana aşağılayıcı, ultimativ tələblər irəli sürdü: beynəlxalq nəzarət altında növbədənkənar parlament seçkilərinin keçirilməsi, aralarında Cinayət Məcəlləsi ilə məhkum olunmuş şəxslərin də olduğu “siyasi məhbusların” azad edilməsi, Qərbin sərt tənqidinə tuş gələn “Xarici təsirin şəffaflığı haqqında” qanundan imtina edilməsi və Gürcüstan nümayəndə heyətinin AŞPA-dakı səlahiyyətlərinin məhdudlaşdırılması, onların əsas komitələrdə və müşahidə missiyalarında iştirakına qadağa qoyulması.

Yəni AŞPA deputatlarının fikrincə, "banan respublikası" hesab etdikləri Gürcüstanın hakimiyyət dairələri bu təhqiramiz şərtləri tam yerinə yetirməli, daha sonra isə mütiliklə və sükutla barələrindəki "son qərar"ı gözləməlidirlər.

AŞPA-nın qətnaməsi siyasi mənəviyyatsızlıq və əxlaqsızlıq nümunəsidir məhz bu səbəbdən.

Əslində, sənəd həm də açıq siyasi şantaj idi və məqsəd Tbilisidə tamamilə Brüsselə sadiq bir hakimiyyət formalaşdırmaq idi.

Di gəl, rəsmi Tbilisinin AŞPA həyasızlığına cavabı çox sərt oldu.

Gürcü nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bəyan etdi: “Səlahiyyətlərimiz formal olaraq təsdiq olunsa da, bu gündən etibarən Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”. O, açıq şəkildə bildirdi ki, AŞPA Gürcüstana öz iradəsini zorla qəbul etdirməyə çalışdığı müddətcə, bu qurumda iştirak mənasızdır.

Baş nazir İrakli Kobaxidze isə Avropa bürokratiyasının çətin vəziyyətə düşdüyünü vurğuladı: “Bir tərəfdən onlar bizim nümayəndə heyətimizi tam inkar edə bilmədilər, digər tərəfdən isə qəbuledilməz şərtlər irəli sürdülər. Bizsə seçimimizi etdik”.

AŞPA-nın qərarı bir çox suallar doğurur.

Bəs yaxşı, Avropa İttifaqı ölkələrində vətəndaşların dinc etiraz aksiyaları qəddarcasına, amansızlıqla dağıdılır - hanı o "demokratiya prinsipləri"?

Niyə AŞPA Fransada baş verən seçki pozuntularına və prezident Emmanuel Makron administrasiyasının aşkar saxtakarlıqlarına rəğmən, bu ölkədə yeni seçkilərin keçirilməsini tələb etmir? Niyə 2019-cu ildə Ukraynada müxalifət nümayəndələrinin həbs olunmasına və siyasi təzyiqlərə baxmayaraq, Avropa həmin seçkiləri dərhal tanıdı?

Cavab aydındır: məsələ demokratiyada deyil. Qərb uzun illərdir sınaqdan çıxardığı bir ssenari üzrə hərəkət edir - yalnız Brüsselə sərf edən seçkiləri tanıyır, nəticələri uyğun gəlmədikdə isə təzyiq və şantaja əl atır.

Fəqət Gürcüstan nə 2014-cü ilin Ukraynasıdır, nə də 2020-ci ilin Belarusu. Tbilisi aydın şəkildə bildirdi: ölkə xarici qüvvələrin geosiyasi oyunlarında fiqur olmayacaq.

Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırmaq qərarı təkcə siyasi müstəqilliyin nümayişi deyil, həm də bütün regiona ciddi siqnaldır. Qərb artıq cəzasız şəkildə öz iradəsini diqtə edə bilməz. Avropa Şurası kimi "diri ikən ölü" strukturlar vasitəsilə təzyiq göstərmək artıq əvvəlki qədər effektiv deyil.

Bu addım həm də Gürcüstanın öz gücünə inamının artdığını göstərir. Ölkə Avropa ilə dialoqdan imtina etmir, lakin bu dialoqun bərabərhüquqlu olmalı olduğunu açıq bildirir.

Avropanın başabəla "siyasi elitası"nın əsas fiqurları çox qəliz vəziyyətdədir.

Onların Gürcüstana xarici idarəçilik modelini zorla qəbul etdirmək cəhdi uğursuzluğa düçar oldu. İndi Brüsselin qarşısında yeni bir sual dayanır: ya Tbilisinin müstəqil siyasət aparmaq hüququnu qəbul etməli, ya da təzyiqi davam etdirərək Gürcüstan üzərindəki təsirini tamamilə itirmək riski ilə üzləşməlidir.

Qardaş gürcü xalqı seçimini etdi. İndi isə məsələ Avropanın bu seçimlə barışıb-barışmayacağındadır. Gürcüstan artıq manipulyasiya obyektinə çevrilmək istəmir. AŞPA Gürcüstandan seçkiləri yenidən keçirməyi, “siyasi məhbusları” azad etməyi və “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etməyi tələb edərək ultimatuma əl atdı. Ancaq Gürcüstan rəhbərliyi bu şantaja tabe olmadı. Brüssel hesab edirdi ki, Tbilisi təzyiqə dözməyəcək, amma Gürcüstan gözlənilməz bir şəkildə müqavimət göstərdi və Avropaya meydan oxudu. İndi əsas sual budur: Qərb bu reallıqla necə barışacaq?

Rəsmi Tbilisi açıq şəkildə bəyan edir ki, Avropa ölkənin daxili siyasi proseslərinə müdaxilə etmək, qanunvericiliyin dəyişdirilməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb etmək hüququna malik deyil. Gürcüstan öz suverenliyini qorumaqda israrlıdır və xarici təzyiqlərə boyun əyməyəcək.

Avropa İttifaqı artıq gürcü məmurlarının vizasız səyahət imkanlarını məhdudlaşdırmağa başlasa da Tbilisi yeni sanksiyalar təhdidi qarşısında geri çəkilmək fikrində deyil. Gürcüstanın əsas arqumentlərindən biri isə “Xarici təsirin şəffaflığı haqqında” qanunun müdafiəsidir. Bu qanun xarici agentlərin gizli maliyyələşdirilməsinin qarşısını almağa yönəlib. Qərb bu qanunu “Rusiyanın analoqu” adlandırsa belə, Gürcüstan bu məsələdə prinsipial mövqedə qalır.

Tbilisinin indiki anda geri çəkilməsi təhlükəli presedent yarada bilər. Bəli, məhz belə: "iştah diş altındadır" deyimini unutmayaq.

AŞPA indi Gürcüstandan növbədənkənar seçkilər keçirməyi tələb edir, sabah isə Avropa yeni və daha ağır şərtlər irəli sürərək hökumətin dəyişdirilməsini və ölkənin geosiyasi kursunun yenidən formalaşdırılmasını istəyə bilər. Gürcüstanın qərarı Brüsselin tətbiq etdiyi məcburedici metodlara qarşı prinsipial etirazdır. Bununla belə, Gürcüstan Avropa Şurasından çıxmır, sadəcə AŞPA-dakı fəaliyyətini dayandırır.

AŞPA iddia edir ki, Gürcüstana qarşı tətbiq olunan tələblər demokratiyanın gücləndirilməsi məqsədi daşıyır. Lakin Tbilisidə və ölkə daxilində bu, açıq təzyiq və xarici müdaxilə kimi qiymətləndirilir.

2024-cü il dekabrın 14-də keçirilən prezident seçkilərində qalib gələn Mixail Kavelaşvilinin qələbəsi müxalifətin etirazlarına səbəb oldu. Lakin müxalifətin real ictimai dəstəyi sual altındadır və etirazların baş verməsi seçkilərin yenidən keçirilməsi üçün əsas sayıla bilməz.

Avropa “siyasi məhbusların” azad edilməsini tələb edir, lakin Gürcüstan hakimiyyəti bu şəxslərin konkret cinayət işləri üzrə məhkum olunduğunu bildirir. Qərb isə “siyasi məhbus” mövzusunu müxtəlif ölkələrə təzyiq göstərmək üçün siyasi alət kimi istifadə edir.

Gürcüstan suveren dövlətdir və onun qanuni şəkildə seçilmiş hökumətinə təzyiq göstərmək beynəlxalq hüququn prinsiplərinə ziddir. Əgər Avropa həqiqətən dialoq aparmaq istəyirsə, o zaman ultimatum siyasətindən əl çəkməlidir.

Tbilisinin qərarının nəticələri: kim daha çox itirir?

Gürcüstan üçün bu, Aİ ilə münasibətlərin daha da gərginləşməsidir. Brüssel Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edə və maliyyə dəstəyini məhdudlaşdıra bilər. Bundan başqa, diplomatik imkanların azalması ehtimalını da gözardı etməyək. AŞPA mühüm beynəlxalq platforma idi və bu təşkilatın boykotu Gürcüstanın diplomatik təsir imkanlarını azalda bilər. Və ən nəhayət, Avropanın təzyiq siyasəti Gürcüstanda Qərbə qarşı skeptik baxışların artmasına səbəb ola bilər.

Avropa və AŞPA üçünsə mənhus qətnamə postsovet məkanında nüfuzun zəifləməsi ilə sonuclanacaq. Gürcüstan AŞPA-nı tərk edən ilk ölkə kimi tarixə düşdü. Bu, digər region ölkələrinə də nümunə ola bilər. Üstəlik, Aİ-nin nüfuhuna artıq zərbə dəyib. Əgər Brüssel siyasi qərarlarını sanksiyalar və təzyiqlər vasitəsilə qəbul etdirməyə davam edərsə, onun “demokratiyanın əsas arbitri” imici ciddi şəkildə zədələnəcək.

2008-ci ildən bəri Gürcüstan Avropaya inteqrasiyanı əsas xarici siyasət prioriteti kimi elan edib. Ancaq son illərdə Aİ ilə münasibətlərdə gərginlik artmaqdadır. Avropanın Gürcüstan üzərində artan təzyiqi ölkə daxilində antizapad əhval-ruhiyyəsinin güclənməsinə gətirib çıxarıb. Bu vəziyyətdə Moskva regionda təsirini artırmaq üçün yeni fürsət əldə edir. Gürcüstan siyasi məsələlərdə Rusiya ilə razılaşmasa da, iqtisadi əlaqələr davam edir. Əgər Avropa təzyiq siyasətini gücləndirsə, Tbilisi neytral və ya hətta praqmatik şəkildə Rusiyaya yaxınlaşan kurs seçə bilər.

Gürcüstanın AŞPA-dan çıxması bir dövrün sonu deməkdir. Qərb demokratiya şüarları altında Gürcüstana diktə etməyə çalışdı, lakin Tbilisi geri çəkilməkdən imtina etdi. İndi əsas sual budur: Avropa bu reallıqla necə barışacaq?

Gürcüstanın AŞPA-dakı fəaliyyətini dayandırmaq qərarı sadəcə nümayişkaranə bir addım deyil, bu, eyni zamanda Avropanın təzyiq mexanizminə vurulan ciddi zərbədir. Qərb güclü müqavimətlə qarşılaşdı və indi əsas sual budur: Avropa buna necə cavab verəcək?

Brüssel əvvəlki kimi ultimatumlar və sanksiyalar yolunu davam etdirəcəkmi? Yoxsa Gürcüstanla münasibətlərdə diktat dövrünün başa çatdığını qəbul etməli olacaq? Bir şey dəqiqdir: Tbilisi artıq öz seçimini edib. İndi növbə Avropanındır.

İndi bütün dünya Avropanın bu çağırışa necə cavab verəcəyini izləyir. Amma bir həqiqət dəyişməzdir: Gürcüstan geri addım atmadı, AŞPA isə öz təsir imkanlarının effektiv olmadığını nümayiş etdirdi.

Tbilisi açıq şəkildə bildirdi ki, Avropa Şurasından çıxmaq niyyətində deyil, lakin Parlament Assambleyasının fəaliyyətindən tamamilə uzaqlaşır. Bu isə o deməkdir ki, Gürcüstana qarşı göstərilən təzyiq gözlənilən nəticəni vermədi və AŞPA özü alçaldıcı bir duruma düşdü.

Avropa elitaları məğlubiyyəti qəbul etməyə öyrəşməyib, buna görə də aprel ayında AŞPA Gürcüstana yenidən təzyiq göstərməyə cəhd edə bilər. Ola bilsin ki, yeni sanksiyalar paketi təklif olunsun və ya daha sərt tələblər irəli sürülsün. Gürcüstanın AŞPA-dan imtinası bu təşkilatın əsas təzyiq alətini - beynəlxalq platformalar vasitəsilə gürcü deputatlarına təsir imkanını əlindən alır.

Avropa artıq bəzi gürcü məmurlarına qarşı sanksiyalar tətbiq edib, lakin onların real təsiri demək olar ki, yoxdur. Brüssel Gürcüstana maliyyə məhdudiyyətləri tətbiq etməklə hədələyə bilər, lakin Gürcüstanın iqtisadiyyatı kifayət qədər diversifikasiyalıdır və Avropa dotasiyalarına kritik dərəcədə bağlı deyil. Avropanın hər hansı bir sərt addımı Tbilisini daha da uzaqlaşdıracaq və onu Türkiyə, Çin və Fars Körfəzi ölkələri kimi alternativ tərəfdaşlarla əlaqələri gücləndirməyə sövq edəcək.

... Əslində, AŞPA-nın qərarı Gürcüstana heç bir ziyan vurmadı. Əksinə, bu, Tbilisiyə öz suverenliyini ucadan bəyan etmək fürsəti verdi. Avropa ümid edirdi ki, Gürcüstan təzyiq qarşısında geri çəkiləcək, lakin bunun əvəzinə sərt cavab aldı.

İndisə Brüssel çox çətin suala cavab tapmalıdır: Gürcüstan Avropanın oyun qaydalarına riayət etməkdən imtina edirsə, Aİ nə edəcək?

Avropa uzun müddət postsovet ölkələrinin onun diktəsi ilə hərəkət etməsinə öyrəşmişdi. Lakin Gürcüstan göstərdi ki, kənardan asanlıqla idarə olunan bir ərazi deyil və olmayacaq da.

İndi seçim Brüsselin qarşısındadır. Ya o, Gürcüstana təzyiq göstərməyə davam edərək, onu tamamilə itirmək riski ilə üzləşəcək, ya da reallığı qəbul edəcək ki, Şərqi Avropada qeyd-şərtsiz nəzarət dövrü artıq sona çatır.

Bu qədər bəsit...

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39
DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37
Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35
Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28
Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26
Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23
Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16
"Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06
Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59
Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57
“BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54
Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33
Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30
20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25
Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24
Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22
Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17
Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13
Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Dünən, 15:02
Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Dünən, 14:58
Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Dünən, 14:54
Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Dünən, 14:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru