ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                 

"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Tarix: Bu gün, 10:16 | Çap et
"İndi amerikalılar özləri etiraf edirlər ki..."
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərliyinin radikal dəlilərdən ibarət olduğunu və Amerikanın onlardan qurtulacağını bildirib. Tramp deyib ki, USAİD-i radikal dəlilər idarə edir və onları uzaqlaşdırmaq lazımdır. ABŞ prezidenti USAİD-in audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan edib. Qeyd edək ki, ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb. Bu arada USAİD-in Ermənistandakı fəaliyyəti də dayandırılıb. Məlumata görə, qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub. USAİD-in ABŞ Dövlət Departamenti ilə birləşdirildiyi deyilir. ABŞ Dövlət katibi Marko Rubio USAİD administratoru vəzifəsini icra edir. Təşkilatın təhlükəsizlik məsələləri üzrə 2 yüksək rütbəli işçisinin məzuniyyətə buraxıldığı qeyd olunub. Xatırladaq ki, 2-3 fevral tarixlərində USAİD-in həm rəsmi saytı, həm "X" sosial şəbəkə hesabı bağlanıb. Hazırda Agentliyin veb səhifəsi yalnız ABŞ Dövlət Departamentinin saytı daxilində mövcuddur. Agentliyin sabiq rəhbərləri bu qərarın yanlış olduğunu, USAİD-in dünya üçün "əhəmiyyətli təşkilat" kimi fəaliyyət göstərdiyini, 100-dən çox ölkəyə, əlçatmaz ərazilərə yardımlar göndərdiklərini bildiriblər.
Ekspertlərə görə, hadisələrin ardıcıllığı USAİD-in müstəqil qurum kimi fəaliyyətini dayandıracağını deməyə əsas verir. Bu isə ABŞ-nin xarici siyasətində son illərdə baş verən ən əsaslı dəyişikliklərdən biri sayılır. Çünki əsas missiyasının dünyada "yoxsulluğun azaldılması"na, "demokratik idarəçiliyin güclənməsi"nə, "insanların humanitar böhranlardan çıxması"na yardım etmək olduğunu elan edən USAİD, əslində, ABŞ-nin əsas “yumşaq güc” vasitələrindən biri idi. Agentlik demokratiyaya dəstək və iqtisadi layihələr adı ilə dünyanın 80-dən çox ölkəsinə nüfuz edib. Qurum müəyyən humanitar layihələr, sahibkarlığa, qadın hüquqlarına dəstək, təhsil, tibb və s. sahələrdə sosial layihələr gerçəkləşdirsə də, mahiyyət etibarilə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) alt strukturu kimi çalışırdı. Təsadüfi deyil ki, MKİ-nin keçmiş direktoru Con Gilliqan “USAID-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib” deyə etiraf etmişdi. Ölkənin hərbi və kəşfiyyat dairələri USAİD-dən ABŞ-nin dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc”, “rəngli inqilab”lar həyata keçirmək üçün vasitəsi kimi istifadə edirdi. Belə aksiyalara zəmin yaratmaq üçün isə illərlə həmin ölkələrdəki qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə, mediaya və s. müxtəlif sahələrdə dəstək adı altında çoxmilyonlu qrant vasitələri ayrılır, vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq pozulurdu. Dünyada iri donor təşkilatlardan biri olan USAİD ötən illərdə bir çox qalmaqallarla yaddaşlarda qalıb. Bunun ən parlaq nümunələrindən biri Kubada “rəngli inqilab” törətmək cəhdi ilə bağlıdır. 2010-cu ildə ada dövlətində “ZunZuneo” sosial şəbəkəsi fəaliyyətə başladı. “Associated Press“in araşdırması zamanı aydın oldu ki, sosial şəbəkə USAİD tərəfindən ölkədə etirazçı kütləni koordinasiya etmək üçün yaradılıb və maliyyələşmənin USAİD-dən qaynaqlandığını gizlətmək üçün bir sıra saxta şirkətlər zəncirindən istifadə olunub. Hətta ABŞ Konqresi belə Mərkəzi Kəşfiyyat İdarəsi və USAİD-in gizli oyunundan xəbərsiz idi və tamamilə fərqli bir layihəyə səs verdiyinə inanırdı. Təsadüfi deyil ki, yeni ABŞ Administrasiyası da USAİD-in qanunsuz fəaliyyəti, hər il amerikalı vergi ödəyicilərinin milyardlarla dollar vəsaitini qaranlıq layihələrə, “rəngli inqilab”lara və geosiyasi avantüralara xərcləməsini önləməyə, maliyyə şəffaflığına nail olmağa çalışır. Proqnozlaşdırılır ki, USAİD-in ləğvi, yaxud onun Dövlət Departamentinə birləşdirilməsi bütün dünyada stabilliyə xidmət edən addım olacaq. Görünür, praqmatik Ağ Ev Administrasiyası da bunu anlayır. Eyni zamanda dövlət vəsaitlərinin qlobal destabiliziya prosesləri üçün xərclənməsini istəmir.
Xüsusi vurğulamaq yerinə düşər ki, USAİD ölkəmizə qarşı da yalançı narrativlərin yayılmasında, dezinformasiya kampaniyasında aktiv iştirak edib. USAİD-in Azərbaycandakı fəaliyyətindəki mənfi təsiri qeyri-şəffaflıq, qapalılıq və siyasi proseslərə müdaxilə ilə yanaşı, “etnik təmizləmə” kimi saxta ittihamlarda da özünü göstərib. Bu yanaşma xüsusən USAİD-in sayca 19-cu direktoru olan Samanta Paver tərəfindən aktiv aparıldı. Qarabağı könüllü tərk edən erməni sakinlərin “etnik təmizləmə”yə uğradığını deyən Paver periodik olaraq onlara ABŞ vergi ödəyicilərinin milyonlarla vəsaitini yönəldirdi. Halbuki, evlərindən didərgin salınan, 30 il doğma torpaqlarına ayaq basa bilməyən 1 milyondan çox azərbaycanlının hüququndan, çəkdiyi acı barədə fəaliyyəti boyu bir dəfə də danışmamışdı. Bu məqamda hadisələri analiz etmək qabiliyyəti ilə seçilən Prezident İlham Əliyevin uzaqgörənliyini qeyd etmək lazımdır. Ölkə başçısı ötən il dekabr ayının 18-də Rusiyanın “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində USAİD-i gözləyən aqibəti dəqiqliklə təxmin etmişdi: “Bax, onların USAİD adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə, bizə lazım olan məsələdə deyil. Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər”. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycan daim USAİD tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşmişdi. Bu təzyiqlərə, qarayaxma kampaniyalarına, ölkə daxilində süni gərginlik və süni gündəm yaratmaq cəhdlərinə baxmayaraq, Bakı heç vaxt müstəqil xarici siyasət yolundan dönmədi. Son baş verənlər isə Azərbaycan hakimiyyətinin və dövlətinin tutduğu yolun nə qədər doğru və müdrik olduğunu bir daha göstərir. Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri fiaskoya uğrayan, daim ermənipərəst mövqeyi ilə seçilən USAİD artıq rüsvayçı şəkildə tarixin arxivinə yollanır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Sherg.az"a deyib ki, xalqları bir-birinə qarşı qoyanların, müxtəlif ölkələrə qarşı fəaliyyət göstərənlərin, "rəngli inqilablar" təşkil edənlərin, insanları öz milli dəyərlərindən uzaqlaşdıranların iç üzü açılmaqdadır. Deputat bildirib ki, bu sistemin iç üzünü açanlar da məhz sistemin başında dayanan şəxslərdir:

"Donald Tramp hakimiyyətə gələndən sonra yeni nazirlik təşkil etdi və onun rəhbərliyinə məşhur İlan Maskı gətirdi. Bu nazirlik çox vacib bir funksiyanı yerinə yetirir. Nazirlik dövlət tərəfindən xərclənən maliyyənin nə dərəcədə səmərəli və ABŞ-nin maraqlarına uyğun olub-olmamasını araşdırmağa başladı. Nazirlik elə ilk addımında əngəllə uzləşdi və USAİD-in binasına buraxılmadı, qovuldu. USAİD-dən dedilər ki, "sizin bura girməyə ixtiyarınız yoxdur, çünki biz burada gizli proseslərlə məşğuluq". Dövlətin içində dövlət yaratmış USAİD ABŞ-nin özünün maraqlarına, onun prezidentinə qarşı hərəkətə keçdi. Ona görə də USAİD-lə bağlı qərar verildi. Artıq USAİD-in saytı da bağlandı və ardınca məlumat yayıldı ki, USAİD öz fəaliyyətini tam dayandırır və ABŞ-nin Dövlət Departamentinin nəzdinə keçir. Cənubi Qafqazda "xüsusi hörmətə" malik olan Samanta Paver də artıq orada yoxdur. Rəhbərlik birbaşa Dövlət katibi Rubio tərəfindən həyata keçiriləcək. USAİD Ermənistana, Gürcüstana maliyyə yardımı edərkən, həmin vəsaiti Azərbaycana vermək cəhdləri də var idi. Amma həmin pulları ayıranların məqsədi hansısa inkişaf yox, əksinə, problemlər yaratmaq, prosesləri başqa istiqamətə yönəltmək idi. İlan Mask gözəl bir ifadə işlətdi. Dedi ki, "hərdən almanın içərisində qurd olur, ancaq təəssüflər olsun ki, bu təşkilatın içərisində alma artıq yoxdur, qurdlardan ibarətdir". Yəni bu gün ABŞ-də hakimiyyətdə olanlar USAİD-i "qurd təşkilat" elan ediblər. Bu təşkilatın digər xalqlara qarşı etdiklərini ifşa edirlər. Məlum olur ki, bunlar casusluqla məşğul olublar. Təşkilatın keçmiş rəhbəri Samanta Paver erməniləri dəstəklədiyi, onlara yaxın olduğu üçün Ruben Vardanyan tərəfindən mükafatlandırılıb. USAİD müharibədən sonra dərhal separatçıların tərəfini tutdu. Azərbaycan ona görə rəsmi mövqeyini bildirərək bu təşkilatla heç bir əlaqə qurmaq niyyəti olmadığını açıqladı. Bu təşkilat Azərbaycanda yoxdur. Ötən ilin dekabr ayında cənab Prezident müsahibəsində vurğulamışdı ki, ABŞ Prezidenti D.Tramp USAİD-i bağlaya bilər. Artıq biz bunu görürük. Cənab Prezident onların nə işlə məşğul olduğunu ən yüksək səviyyədə bildirdi. İndi amerikalılar özləri etiraf edirlər".

Parlamentari qeyd edib ki, USAİD ABŞ-nin pullarını Çinə göndərir, Gürcüstanda baş verən hadisələrə, ölkədə gərginliyin, qarşıdurmanın yaradılmasına, inqilaba nail olmağa görə, bu təşkilat milyardlarla vəsait ayırırdı:
"Bu gün Ermənistanda hakimiyyətdə olan Nikol Paşinyan da USAİD və SOROS-un dəstəyi və pulu hesabına hakimiyyətə gəlib. Nəticədə aydın olub ki, bu qruplar ABŞ-nin maraqlarına zidd siyasət həyata keçirirlər. USAİD 1961-ci ildə C.Kennedi tərəfindən yaradılıb və Sovet İttifaqına qarşı istifadə olunurdu. Sonradan 100 ölkədə, o cümlədən Cənubi Qafqaz ölkələrində də fəaliyyətə başladı. Təsəvvür edin, bu təşkilatın büdcəsi 50 milyard dollardır. İndi görürük ki, ölkələrarası proseslərin gərginləşməsi, xəyanətə meyilli olan gənclərin formalaşdırılması, öz milli dəyərlərini satmağa hazır olan şəxslərin ortaya çıxması da bu təşkilatın əsas fəaliyyət istiqaməti idi. Amma adını başqa cür - "demokratiya", "qanunun aliliyi", "korrupsiyaya qarşı mübarizə" və s. qoyurdular. "Korrupsiyaya qarşı mübarizə" adı ilə korrupsiya ilə məşğul olurdular. Bu təşkilatın aqibəti Qərbin içərisindəki xoşagəlməz ifrat proseslərin üzə çıxmasını göstərir. Biz bunu Avropada da görəcəyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru