Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib ki, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Nazir müavini bildirib ki, İrəvan hökuməti il ərzində sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir: "Buna görə də səylərimizi davam etdiririk. Son zamanlar həm baş nazir, həm də xarici işlər naziri bu proseslərə toxunub. Burada bircə onu təsdiq edə bilərəm ki, həqiqətən də, sülh sazişinin yekunlaşdırılmasına çox yaxınıq”. Həmçinin Ovannisyan qeyd edib ki, delimitasiya prosesinin irəli aparılması üçün də müsbət dinamika var:
“Kommunikasiyaların (nəqliyyat yollarının) açılması ilə bağlı yanaşmalarımız da konstruktivdir, bunlar sabit sülhə nail olmaq məqsədi daşıyır”. Məlumat üçün bildirək ki, bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan da sülhdən danışıb. Baş nazir 17 bənddən 15-inin razılaşdırıldığını deyib. Onun sözlərinə görə, razılaşdırılmamış iki məqamla bağlı İrəvan Bakıya həll yolları təklif edib: "Onlardan biri üçüncü ölkə qüvvələrinin nümayəndələrinin sərhəd boyu yerləşdirilməməsinə aiddir. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərtlər daxilində bizim üçün məqbul ola bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürürük, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyimizlə bağlı razılaşdırdıq". Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da deyib ki, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinin müxtəlif formatlarda sakit və müsbət atmosferdə davam etməsi Avropa Birliyi üçün çox vacibdir.
Bakı Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi vaxtaşırı olaraq bu tipli sülhvərpər açıqlamalar verir və yaxın gələcəkdə sülh sazişinin imzalanmasını öz aləmlərində yüksək qiymətləndirirlər. Professor vurğulayıb ki, bununla bərabər Ermənistan ordusunun silahlanmasını, Avropa İttifaqının "mülki missiyası"nın müddətinin daha 2 il uzadılmasını müşahidə edirik:
"Həmçinin, ABŞ hərbçilərinin Zəngəzur bölgəsində, Ermənistan-İran sərhədində yerləşdirildiyini görürük. Bunları nəzərə alsaq, prosesin heç də İrəvan hökumətinin iddia etdiyi kimi sülhə doğru getdiyini demək mümkünsüzdür. Ölkə başçısı İlham Əliyevin sülh sazişi ilə bağlı əsas tələblərindən biri Ermənistan Konstitusiyasında yer alan ərazi iddiasının aradan qaldırılmasıdır. Təəssüflər olsun ki, Ermənistan bunu həyata keçirmir. Bir sıra fundamental məsələlər Azərbaycanın maraqlarına uyğun şəkildə sülh sazişində tam əks olunmadığına görə, müqavilənin imzalanması uzanır. Ermənistan sərhədlərin delimitasiya və demarkasiya prosesində Almatı bəyannaməsini əsas götürməyə çalışır. Tərəflər arasında sərhəd məsələsi ilə bağlı razılaşmada belə nüans var ki, əgər danışıqlar prosesində başqa bir prinsip əsas götürüləcəksə, o zaman həmin prinsip tətbiq ediləcək. 1991-ci il Almatı bəyannaməsi Azərbaycanın maraqlarına tam şəkildə cavab vermir. Bunu nəzərə almaq lazımdır. Həmçinin, sual yaranır ki, Ermənistan Almatı bəyannaməsini qabardırsa, yəni bu, İrəvan üçün fundamental və etibarlı sənəddirsə, niyə 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayırdı?!".
S.Məmmədli bəyan edib ki, sülh sazişini imzalamaq üçün bütün narahatedici elementlərin hamısı öz həllini tapmalıdır ki, gələcəkdə hansısa mübahisələrə, diskussiyalara yer qalmasın: "Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan istənilən sənədi doğru şəkildə, sonadək icra etməkdən boyun qaçırır. Ona görə düşünürəm ki, tələsik formada sülh sazişinin imzalanması heç də bizim maraqlarımıza xidmət etmir. Ermənistan şübhə yox ki, bu şərtlərdən də boyun qaçıracaq. Çünki İrəvan hökuməti 10 noyabr üçtərəfli bəyannamənin bütün şərtlərini yerinə yetirməkdən imtina edir. Dünya praktikası da göstərir ki, konkret sülh sazişi olmadan da qonşu dövlətlər müəyyən sahələrdə əməkdaşlıq edirlər, əlaqələr saxlayırlar. Yekun və qalıcı sülh üçün fundamental məsələlər mütləq həllini tapmalıdır. Azərbaycan rəhbərliyi taktiki gedişdən istifadə edir ki, bu, tamamilə doğrudur. Azərbaycanın maraqları tam təmin olunanadək, Ermənistan qarşısında öz tələblərimizi qoymalı və addım-addım həllinə nail olmalıyıq. Beynəlxalq aləmə də çatdırmalıyıq ki, qarşımızda bu kimi məsələlər var və onlar çözülməlidir".
Siyasi şərhçi hesab edir ki, sülh sazişində Qərbi azərbaycanlıların öz doğma yurdlarına geri dönüş məsələsi də mütləq əks olunmalıdır: "Bütün mübahisəli məsələlərin böyük hissəsi, o cümlədən Zəngəzur, Göyçə, Dərələyəz, Mehri və digər ərazilər sovet rəhbərliyi tərəfindən Ermənistana verilib. O baxımdan təbii olaraq, Azərbaycan cəmiyyətinin düşüncəsində soydaşlarımızın dədə-baba yurdlarına qayıdışı məsələsi hökm sürür. Azərbaycan sülh sazişi ilə əlaqədar tələsməli deyil. Öz tələblərimizi irəli sürməli, diplomatik və siyasi baxımdan Ermənistanı sıxışdırmalıyıq. İşlərimizi uğurla aparsaq, İrəvan hökumətinin bütün tələblərimizi yerinə yetirməsi mümkündür. Çünki Ermənistan dalana dirənib, dünyaya çıxmağa, kommunikasiyaların bərpasına ehtiyacı var".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
|