
03 aprel 2025-ci il tarixdə saat 12:00-da "Kainat" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 2 ünvanında ("Səyyarmextikinti" ASC-nin inzibati binası) baş tutacaq.
İclasın gündəliyindəki məsələ İdarə Heyətinin sədrinin vəzifədən azad edilərək həmin vəzifəyə yeni şəxsin təyin edilməsi ilə bağlıdır.
Səhmdarların və ya etibarnamə üzrə nümayəndələrinin həmin yığıncaqda iştirakı zəruridir.