“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı .....                     Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul .....                     Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                     Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri .....                     Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... .....                     Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib .....                     Qroznı üzərindəykən zərbə səsi eşidildi .....                     İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? .....                     Azərbaycanda 70 yaşlı "professor" həbs edildi .....                 

Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Tarix: Dünən, 09:08 | Çap et
Guya Bakıya hücum üçün...
Ermənistan İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallığı müxtəlif vasitələrlə dəyişməyə, bu məqsədlə hərbi potensialını artırmağa çalışır. 2025-ci il üçün hərbi büdcəsini daha 20 faiz artıraraq 1,7 milyard dollara çatdırması deyilənlərin əyani təsdiqidir.

Rəsmi İrəvanın 2023-cü ildən etibarən hərbi xərcləri 77 faiz artırması, kütləvi silahlanma siyasəti yürütməsi rəsmi Bakını adekvat tədbirlər görməyə sövq edir. Prezident İlham Əliyevin Rusiya mediasına son müsahibəsində Ermənistanın sürətlə silahlanma yarışına tab gətirə bilməyəcəyi haqda dedikləri Ermənistanda ciddi reaksiyalara səbəb olub. Erməni ekspertlərə görə, Azərbaycanın hərbi üstünlüyü hazırda obyektiv reallıqdır. Eyni zamanda Ermənistan iki ölkənin silahlı qüvvələri arasında imkanlar arasındakı fərqi azaltmaq üçün açıq şəkildə addımlar atır, lakin bu tədbirlərin real effektivliyi hələ də aydın deyil.

Rəsmi Bakı son illərdə Ermənistanın aqressiv ritorikasının regional sülhə, təhlükəsizliyə, habelə iki ölkə arasında etimad quruculuğuna ciddi təhdid olduğunu dəfələrlə bəyan etsə də, bu ölkə havadarları vasitəsilə silahlanmanı davam etdirir. Ermənistanın silah aldığı ölkələrin sırası ilbəil genişlənir, təcavüzkar ölkə Fransa, Hindistan, İran, Yunanıstan, ABŞ və Rusiyadan müxtəlif növ silah-sursat tədarük edir. Hazırda Yunanıstandan S-300 hava hücumundan müdafiə komplekslərinin silahlanmaya daxil edilməsi məsələsi müzakirə olunur. Erməni politoloq David Arutyunov deyib ki, eskalasiyanın mümkünlüyünü şərtləndirən əsas amil qüvvələr balansının qeyd olunmuş balansı və Bakının regionda dominantlıq planlarıdır. Erməni politoloq iddia edib ki, Azərbaycanın Ermənistanın digər ölkələrlə hərbi əməkdaşlığı ilə bağlı narahatlığının da səbəbi var. “Azərbaycan Ermənistanla hərbi əməkdaşlıqla bağlı bəyanatlarında bir sıra problemləri həll etməyə çalışır. Bu, ilk növbədə Ermənistanın suverenliyini məhdudlaşdıran qeyd olunmuş strategiyadır. Bundan əlavə, Ermənistanın guya "artan silahlanmasına" cavab olaraq Azərbaycanın Ermənistan tərəfinə qarşı edə biləcəyi mümkün hərəkətlərin əsasları qoyulur. Eyni zamanda bu bəyanatlar həm də tərəflər arasında qüvvələr balansının müəyyən qədər bərpasına mane olmaq istəyini göstərir ki, bu da digər amillərlə yanaşı, Azərbaycanın mövcud hərbi üstünlüyünün əslində o qədər də əhatəli olmaması ilə bağlıdır".

Aydındır ki, bu cür təsbitlər əslində erməni cəmiyyətini aldatmaqdır. Ermənistanın ölkəmizlə hərbi müstəvidə rəqabət aparması mümkün deyil. Əvvəla ona görə ki, hərbi gücü təmin edən amillər sırasında iqtisadi və demoqrafik üstünlük də vacib rol oynayır. Azərbaycanın 2025-ci il üçün müdafiə və təhlükəsizlik xərcləri 5 milyard dollar təşkil edəcək və bu da Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bu bir daha göstərir ki, Azərbaycan əldə etdiyi zəfərlərlə arxayınlaşmır, hərbi gücünü artırır, ən müasir silahları və hərbi texnikanı Ordumuzun arsenalına daxil edir. Kütləvi silahlanmağa rəğmən, Ermənistanın Azərbaycanla hərbi müstəvidə rəqabət aparmaq və regiondakı geosiyasi vəziyyəti hansısa formada dəyişmək imkanları sıfıra bərabərdir. Bunu bir sıra beynəlxalq təşkilatların hesabatlarından da aydın görmək mümkündür. Dünya ölkələrinin hərbi gücünü araşdıran “Global Firepower” beynəlxalq təşkilatının 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan dünyanın ən güclü ordusu reytinqində 59-cu, Ermənistan isə 102-ci yerdə qərarlaşıb.

“Yeni Müsavat”a danışan hərbi ekspert Ramil Məmmədli Ermənistanın postmünaqişə dövründə silahlanmasını iki cür izah edir: “Birincisi, daxili auditoriyaya göstərilir ki, Ermənistana ciddi hərbi dəstək var. Paşinyan KTMT-dən üz çevirməyin, Rusiyanın ölkəsinə guya dönük çıxmağın müsbət nəticələrini xalqına nümayiş etdirir. Bununla demək istəyir ki, Rusiyadan bizə xeyir olmadı, Fransa, ABŞ, Yunanıstan yanımızdadır. Eyni zamanda təhlükəsizlik sahəsində vektorunu dəyişərək yeni müttəfiqlər tapdığını göstərməyə çalışır. Əlbəttə, Kipr, Yunanıstan, yaxud Fransanın hansısa silahları Azərbaycanla döyüşməyə yetərli deyil. Ermənistan yaxşı başa düşür ki, bu silahlanmanı artırmaqla revanş götürmək mümkün olmayacaq. Heç xalq da növbəti müharibəyə və minlərlə erməni əsgərinin ölümünə hazır deyil. Sadəcə, Ermənistanın dəstəksiz qalmadığı görüntüsü yaradılır”.

Hərbi ekspertin fikrincə, ikincisi, müharibədə Ermənistan Silahlı Qüvvələrinin minlərlə hərbi texnikası məhv edilib, bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş olunur: “Buna görə Ermənistan ordunu yenidən bərpa etməyə başlayıb. Nəzərə alaq ki, 44 gün davam edən müharibənin hər dəqiqəsi erməni ordusunun silah-sursatı darmadağın olunurdu. Yəni indi onun arsenalı, anbarları bomboş kimidir. Qərb də bu fürsətdən istifadə edərək onu silahlandırmaqla regiona yerləşməyə çalışır. Bununla Ermənistanın yanında dayandıqlarını göstərirlər. Bir sözlə, bu silahlanmaya birtərəfli baxmağın tərəfdarı deyiləm. İrəvan onsuz da yarışa girmək qabiliyyətinə malik deyil”.

R.Məmmədli üçüncü amil kimi Rusiyanın hərbi şinelindən Ermənistanın çıxarılması cəhdlərini müşahidə edir: “Zvartnots aeroportundan rus sərhədçilər çıxdılar, İranla sərhəddən də getməyə hazırlaşırlar, Azərbaycanla delimitasiya olunmuş əraziləri də tərk etdilər, qalır Türkiyə sərhədlərində rus hərbçiləri. Əgər "Marqara" keçid məntəqəsi nə zamansa işə düşsə, oradan da gedəcəklər. Nəhayət, bunun finalı kimi Gümrü və Erebunidən Rusiyanın hərbi bazasının, eləcə də aviabazasının çıxarılması hədəflənib. Lakin Paşinyan olduqca xam xəyallara qapılıb. O, Rusiyanın gücünü ya kiçildir, ya da Qərbdən indiki dəstəyi çox böyüdür. Həmin Qərb Gürcüstan və Ukraynada göz qabağındadır. İndi Ermənistanda rusların hərbi təsirlərini azaltmaq, guya Rusiyanı bu ölkədən çıxarmaq üçün strategiya var, amma Moskvanın İrəvanda yüzillərlə oturuşmuş təzyiq resurslarını, potensialını qiymətləndirə bilmirlər. Qısası, silahlanmada üç məqsəd var: erməni ordusunda sovet-rus hərbi məktəbinin təsirlərini aradan qaldırmaq, Rusiyanın bu ölkədə hərbi varlığına son qoymaq; ardınca, Qərbin dəstəyini nümayiş etdirmək və müharibədə biabır olmuş erməni ordusunu qismən dirçəltmək. Buna “Marşal planı” da deyilir. Azərbaycanla yeni müharibəyə hazırlıq versiyasını sonuncu punkt kimi görürəm. Ermənilərin Azərbaycanın guya bu silahlanmanı əsas gətirib yeni hərbi addımlar atacağı ilə bağlı iddiaları isə cəfəngdir. Biz nizamlanma prosesini dəstəkləyirik".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31
"TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 15:55
“Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Dünən, 15:47
Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Dünən, 15:44
Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Dünən, 15:40
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Dünən, 15:38
Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Dünən, 15:34
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Dünən, 15:24
Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru