Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.
"DİA-AZ" apa.az-a istinadən xəbər verir ki, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub. Bununla bağlı qərar yanvarın 6-da imzalanıb.
Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində, Fuad İsayev AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.