Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
"Falcom" MMC şirkətinin işçisi, Laçın rayonunun Qarakeçdi kənd sakini Elgün Əhmədov iş zamanı betonqarışdıran qurğunun içində faciəli şəkildə dünyasını dəyişib. Qardaşı Elmir Əhmədov ötən ilin avqustunda baş verən hadisənin düzgün araşdırılmadığı və günahkarların məsuliyyətdən yayındırıldığını iddia edir. O, bu barədə Bakupost.az -a şikayətində bildirib. Elmir Əhmədovun sözlərinə görə, bədbəxt hadisə avqustun 15-i, səhər saat 10 radələrində Laçın rayonunun Pircahan kəndində baş verib: “Qardaşımı betonqarışdıran qurğunu təmizləməyə göndəriblər. O, "meşalka"nın içinə düşüb və oranı təmizləməyə başlayıb. Bu zaman qurğu hərəkətə gəlib və qardaşım faciəvi şəkildə həyatını itirib. Hadisə zamanı orada təcrübəçilər və operatorlar olub. Təcrübəçilər deyir ki, onu ora operator göndərib, operatorlar isə təcrübəçiləri günahlandırır. Qardaşımı ora kimin göndərdiyi araşdırılmır”. Şikayətçi deyir ki, qardaşını işə fəhlə kimi götürüblər, amma operator kimi "meşalka"nın içində işləməyə göndəriblər: “Qardaşım qanunla işə fəhlə kimi götürülmüşdü. Onu işə aparan şəxs müdriyyətlə danışarkən demişdi ki, fəhlə kimi qeydiyyata alınacaq, ancaq operator işini öyrənəcək və bir aydan sonra operator işləyəcək. Elgün jurnalistika fakültəsini bitirmişdi, kompüter bilikləri vardı. Ancaq onu "meşalka"nı təmizləməyə göndəriblər. Bu məsələ ciddi şəkildə araşdırılmır. Şübhəli şəxslərdən olan təcrübəçi fəhlənin kamera görüntüləri var. O hadisə barədə deyib ki, Elgün və operator Kərimi axtarırdı, görsün, otaqdadırlar, ya yox. Mən də ona dedim ki, kamerada görünür, sən Elgünün yanından düşürsən, Kərim də 4 metr qabaqda gedir. Bəs, otaqda nə edirdin? Amma mənə cavab vermir. Prokuror və müstəntiq bu məsələnin üstünə getmir. Şirkət də susur. Hətta müstəntiq və vəkillə birlikdə otaqda həmin görüntüləri açıb baxmışıq. Vəkil özü müstəntiqə deyib ki, bu adamın görüntüləri çox şübhəlidir”. Elmir Əhmədov şirkətin və müstəntiqlərin hadisəyə görə məsuliyyət daşıyan şəxsləri qorumağa çalışdığını iddia edib. Onun sözlərinə görə, şirkət texniki təhlükəsizlik qaydalarına əməl olunduğunu bildirsə də, bu, yalandır: "Necə təhlükəsizlik işləri görülüb ki, bu cür faciə baş verib? İşçilərə düzgün təlim keçməyiblər. Mən orada SƏTƏM-in işçisi ilə söhbət edəndə o dedi ki, "ərazi çoxdur, mən təkəm, çatdırmıram, ayda bir dəfə təlim keçirəm". İndi işçilər ifadələrində yazır ki, hər gün bizə SƏTƏM mütəxəssisi tərəfindən təlim keçirilir. Halbuki o, özü təsdiqləmişdi ki, təkdir, vaxtı yoxdur, ayda bir dəfə təlim keçir”. Elmir Əhmədovun sözlərinə görə, Laçın prokurorluğundan müstəntiq İlqar Niftəliyev latın qrafikasında yazıb-oxumağı bilməyən adamlardan ifadə alır, sonra həmin ifadəni özləri kompüterdə yazıb işçilərə qol çəkdirirlər: “Həmin şəxslərdən biri Süleyman İmranov dur. Bu adam qardaşımı işə aparan şəxsdir. Özü də orada sürücü işləyir. O, prokurorluğa teleqram göndərərək bildirib ki, "mən oxuyub-yazmağı bilmirəm, ifadəm kompüterdə yazılıb. Amma mənə məlum olur ki, dediklərim yazılmayıb. Xahiş edirəm, məni təkrar prokurorluğa çağırın, ifadı verim". Amma onu çağırmadılar. Qanunsuzluqlar həddən artıq çoxdur. Laçın prokurorluğu işə düzgün baxmadı. Onlara narazılığımı bildirdim, dedilər ki, narahatsansa, vəsadət yaz. Mən də ilk vəsadətimi yazdım. Qardaşım "meşalka"nın içinə girəndə yanında cəmi bir nəfər şahid olub. O, şirkətdə fəhlə işləyir, ağsaqqal adamdır. Mən öz razılığı ilə iki dəfə ayrı-ayrı yerlərdə onu danışdırıb video çəkmişəm. Dedi ki, qardaşın təhlükəsizlik düyməsini gözümün qabağında basdı və içəri girdi. Lakin texniki ekspert ifadə verib ki, mərhum düyməni basmayıb. Mən vəsadətimdə yazmışam ki, texniki ekspert necə sübut edə bilər ki, qardaşım betonqarışdıranın içinə düşməzdən əvvəl düyməni basmayıb? Gəlib bunu sübut etsin. Yanında olan şahid videogörüntüdə deyir ki, gözümün qabağında düyməni basdı, sonra içəri girdi". Elmir Əhmədov bildirib ki, hadisədən sonra şirkətin rəhbəri Dünyamalı Orucov işdən çıxıb. Onu Sərdar Alıyev əvəz edib. Onun dediyinə görə, istintaqın təkrar aparılması tələbi ilə müxtəlif qurumlara müraciət edib, lakin müraciətinə baxılmır: "Kimsə kiminləsə dalaşır, bir şillə vurur, polis ora ekspert aparır. Ancaq ortada ölüm işi var, prokuror isə "evcik-evcik" oyunu oynayır. Bunlar hələ mənim deyəcəklərimin milyonda biridir. Rəsmi sənədlər və faktlar var. Mən bu barədə Cənab Prezidentə, Mehriban xanıma, Ombudsmana və Baş Prokurorluğa müraciət etmişəm". "Falcom" MMC şirkətinin rəsmi nümayəndəsi Rəşad adlı şəxs Bakupost.az -a açıqlamasında hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığını və əlavə heç nə deyə bilməyəcəyini bildirdi. Məsələ ilə bağlı işi araşdıran müstəntiq İlqar Niftəliyevlə əlaqə saxladıq. O, açıqlama verməkdən imtina etdi. Cinayət işinin istintaqı və səsləndirilən ittihamlarla bağlı Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ünvanlamışıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
|