Niftulla Məmmədlinin xanımı vəfat etdi .....                     Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır .....                     Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... .....                     Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin .....                     Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? .....                     İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                     Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir .....                     SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? .....                     Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ .....                     Məşhur idmançının məhkəməsidir .....                     İranın sirli generalının Bakıya qəfil səfəri .....                     Pasiyentin həyatını heçə sayan "həkimlər" .....                     Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, .....                     Tələbə təqaüdləri nə vaxt artırılacaq? .....                     İstehsalçılar unun qiymətini açıqladı .....                     Paşinyanın saytında şokedici məlumatlar tapdım .....                     Oskanyan Qərbi Azərbaycandan danışdı .....                     "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox" .....                     Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib .....                     Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! .....                     Pakistanın Baş naziri Azərbaycana səfər edəcək .....                     BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb .....                     "Döyülə-döyülə buralara gəlib çıxmışıq" .....                     Ermənistan Ukraynanın taleyini yaşaya bilər .....                     “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək .....                     "Juninyo "Flamenqo"da oynamağa hazırdır" .....                     Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? .....                     AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ .....                     Azərbaycan dünyada bir çox dərin layları tərpədib .....                 

Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Tarix: Bu gün, 06:27 | Çap et
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı?
Cəmi 4 ay əvvəl Zəngəzur dəhlizini özünün elan edən və bu dəhlizin açılmasına qarşı çıxan İran artıq mövqeyini dəyişib. Bu məsələdə sistemli olaraq Ermənistanın mövqeyindən çıxış edən və yolun açılmasını özünün suverenliyinə təhdid kimi qiymətləndirən rəsmi Tehran indi daha yumşaq mövqe sərgiləmək fikrinə düşüb. Yumşaq desək, mövqeyində “taktiki dəyişiklik” etmək qərarına gəlib.

Əvvəlcə Tehranın yeni mövqeyinə nəzər salaq. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxın günlərdə Zəngəzur dəhlizi ilə bağlı danışıqlarla əlaqədar İran nümayəndə heyəti Türkiyəyə səfər edəcək. O, Zəngəzur dəhlizinin “siyasi məsələ olmadığını” deyib, onu “iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələ” adlandırıb: “İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq. Yəqin ki, yaxın vaxtlarda bizdən müvafiq qurumların iştirakı ilə bir nümayəndə heyəti məsələni yaxından müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq”.

Əcəba, niyə? Məsələnin həlli bu qədər asan idisə, isterik etirazlar nə üçün idi? Bəlkə Suriyada Bəşər Əsəd rejminin devrilməsindən sonra bölgədə ciddi nüfuz itkisi yaşayan İran artıq region dövlətlərinin mövqeyini nəzərə almağa çalışır? Yoxsa bu xoş məram nümayişinin arxasında hansısa başqa niyyət dayanır?

Politoloq Xaqani Cəfərli Pressklub.az-a açıqlamasında deyir ki, Bəqayinin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasının Tehranın bu günə qədərki mövqeyindən fərqlənməsinin iki səbəbi var: "İranın xarici siyasəti çox böyük məğlubiyyətlə üzləşib. Bir neçə on il ərzində yüzlərə milyard dollar xərclənərək həyata keçirilən siyasətdə əldə edilən “nəticə” bir neçə ayın içərisində İsrail tərəfindən məhv edilib. İran belə ağır məğlubiyyətin altında əzilir və zamanla bu, daha ciddi xarakter alacaq. İranın Zəngəzur dəhlizinə etiraz etmək və ya onun reallaşmasının qarşısını almaq üçün yetərli gücü qalmayıb. İranın hərbi-siyasi rəhbərliyində bu gerçəkliklə barışmaq istəməyənlər olsa da, bunu artıq dərk edənlər də var".

Politoloq deyir ki, hazırda İranın siyasi elitasında ikitirəlik yaranıb. Ali rəhbərə bağlı qurum və şəxslər əvvəlki kursu davam etdirməyə çalışırlar. Prezident Məsud Pezeşkianın komandasında yer alan şəxslər isə reallıqlara uyğun siyasətin tərəfdarıdırlar. Lakin bunu həyata keçirəcək yetərli gücləri yoxdur. Ona görə də İsmayıl Bəqayinin fikirlərini nəzərə almaqla, digər tərəfin mövqeyinin nədən ibarət olacağını izləmək lazımdır. Yəni, Tehranın siyasətində ciddi dəyişiklik baş verdiyini düşünmək doğru olmaz. İranda ciddi siyasi dəyişikliklər baş verənə kimi ikitirəlik qalacaq.

"Bütövlükdə isə Rusiya və İranın zəifləməsi Azərbaycanın hədəflərini, o cümlədən Zəngəzur dəhlizi layihəsini həyata keçirmək üçün münbit zəmin yaradıb. Belə demək olar ki, Azərbaycan Zəngəzur dəhlizi kimi layihələrini həyata keçirmək üçün İranın və yaxud Rusiyanın nə deyəcəyini artıq gözləməməlidir. Əksinə, Rusiya və İranın bundan sonra da zəifləməkdə davam edəcəyini nəzərə alaraq, siyasətini buna uyğun yeniləməlidir", - X.Cəfərli vurğulayıb.

Hərbi-siyasi ekspert Azad İsazadə də hesab edir ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Söhbət zamandan gedir: "İran da özünü ortaya atır ki, regional dövlət kimi Cənubi Qafqazda gedən proseslərdə o da nəzərə alınsın. İran ona görə narahatdır ki, dəhliz açılsa, İran-Ermənistan yolu ilə kəsişmə yaranır və nəzarətsiz bölgədəki qaçaqmalçılıq, narkotik və silah tranziti nəzarət altına düşəcək. Ən azı Azərbaycanın və Türkiyənin nəzarəti altına".

Müsahibimiz deyir ki, Suriyadakı rejim dəyişikliyi İranın Yaxın Şərqdəki mövqelərinə təsir edib. İran çalışır ki, Türkiyə ilə istər Suriya, istərsə də Cənubi Qafqaz məsələsində hansısa razılığa gəlsin: "İranın mövqeyi yumşaldığı kimi, Ermənistanın da mövqeyi zəifləyir. Hələ Ermənistan bunu büruzə vermir, çünki Fransanın mövqeyini nəzərə alır. O istəmir ki, Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqəsi daha da genişlənsin. Bir də, Tehran anlayır ki, Trampın hakimiyyətə gəlməsi ona yaxşı heç nə vəd etmir. Ona görə də çalışır ki, regionda daha sabit mövqedən çıxış etsin, həmsərhəd ölkələrlə əlaqələri yaxşılaşdırsın”.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59
Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
"Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14
Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11
Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58
Pakistanın Baş naziri Azərbaycana səfər edəcək - “The News International”
Bu gün, 09:45
BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:42
"Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27
Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22
“Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09
"Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08
Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58
Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55
Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 08:46
Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40
Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36
Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29
Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17
Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13
Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11
İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru