Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Tarix: 26-11-2024, 08:45 | Çap et
Bakıdakı apteklərdən birində müdirin xanım işçini döydüyü iddia olunur. Bununla bağlı Meydan TV-yə təqdim edilən videogörüntülərdən də aydın olur ki, hadisə aptekin içində baş verib. Görüntülərdə bir kişi xanım işçini yerə yıxıb təpikləyir, döyür.
Hadisənin iyulun 7-də Rəşid Behbudov küçəsindəki aptekdə baş verdiyi bildirilir. İddiaya görə, görüntülərdə Aysel adlı işçisini döyən aptekin müdiri Elnur Cabbarovdur.
Elnur Cabbarov hazırda eyni aptekdə çalışan başqa bir xanım əməkdaşının həyat yoldaşı ilə də problem yaşayır. Bu barədə Meydan TV-yə danışan Qabil Quliyev deyir ki, bu məsələnin də kökü aptek müdirinin xanım işçisini döyməsinə gedib çıxır:
“Aptekdə iş yoldaşı Ayselə “müəllim dovşana oxşayır” mesajı yazıb. Aysel də ona gülüş işarəsi atıb. Elnur Cabbarovun apteklərinə nəzarət edən qadın da bunu müdirə çatdırıb ki, sənin haqqında belə deyirlər. Bu da Ayseli o cür döyüb, təpikləyib. Aysel evə gedəndə anası o vəziyyətdə onu görüb, soruşub ki, sənə nə olub? Deyib ki, müdir döyüb. Anası inanmayıb ki, nə danışırsan, belə şey olar? Qardaşımın yoldaşı da onunla aptekdə işləyir, Aysel ondan xahiş eləyib ki, kameradakı görüntüləri monitordan çəkib göndərsin. Qardaşımın yoldaşı da göndərib. Ayselin anası bundan sonra qızının döyülməsilə əlaqədar Ailə, Qadın Komitəsinə və 22-ci polis bölməsinə şikayət edib”.
Qabil Quliyev danışır ki, polis bölməsində bir müddət araşdırma gedib, sonradan Ayseldən barışıq ərizəsi alıb, işi bağlayıblar. Bunu Meydan TV-yə Ayselin digər yaxınları da təsdiqləyib.
Ardınca Elnur Cabbarov videonu ona göndərənin kimliyini araşdırmağa başlayıb və Şəhanə Quliyeva olduğunu müəyyənləşdirib:
“Bizdə Elnur Cabbarovun səs yazısı var, deyir ki, polisə, jurnalistlərə 50 minə qədər pulum çıxdı. Mənə heç kim heç nə eləyə bilməz. Beləcə, işi bağlayır. Başlayır, qardaşımın həyat yoldaşına nalayiq, heç bir əxlaqa sığmayan, təhqir dolu mesajlar yazmağa. Axırda elə bir şey yazır ki, heç bir həyat yoldaşı onu götürməzdi. Qardaşım da onun yazdıqlarını oxuyurdu. Dilə gətiriləsi ifadələr deyil. Hansı kişinin yoldaşına, bacısına o sözləri desələr, o, qəbul edərdi? Ümumiyyətlə, kiminsə yoldaşına onu yazmağı kimsə özünə necə rəva görə bilər? Bundan sonra qardaşım durub gedir onun yanına ki, nə istəyirsən? 7 ildir qardaşım Şəhanə Quliyeva ilə evlidir. Qardaşımla əlbəyaxa olurlar. Sonra gedib qardaşımdan polisə şikayət edir. Nəticədə qardaşımı tuturlar. Ona deyirəm ki, qardaşımın həyat yoldaşına niyə belə şeylər yazmısan? Deyir, yaxşı eləmişəm…”.
Zamin Quliyev haqqında cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Hazırda Nərimanov Rayon Polis İdarəsində istintaq davam edir.
Qabil Quliyev deyir ki, qardaşı təqsirsizdir, qarşı tərəf öz hərəkətlərilə onu təhrik edib:
“Bu adam cəzasızlıq mühitində istədiyini edir. Zərərçəkmiş kimi tanınıb. Mənə deyir ki, bir şərtlə barışıq ərizəsi yazaram, qardaşın o qadını boşasın. Deyirəm, siz nə danışırsınız? Niyə boşanmalıdır? Mənim qardaşım elektrikdi, gündəlik çörəkpulu qazanmaqla məşğuldu. Belə bir adam dayandığı yerdə başına iş açıb”.
Meydan TV Elnur Cabbarovun ünvanına səslənən ittihamlar, həmçinin görüntülərlə bağlı şərh almaq üçün onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərib. Onun 211-– nömrəli telefonuna çoxsaylı zənglərimizə cavab verməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Meydan TV-nin əldə etdiyi məlumata görə, paytaxtda Maliyyə Nazirliyinin qarşısında, “Dostluq” kinoteatrının yaxınlığında, Ayna Sultanovanın heykəlinin yanında, Əhmədli qəsəbəsində “Bakı” kinoteatrının ətrafında və s. yerlərdə Elnur Cabbarova məxsus çoxsaylı apteklər fəaliyyət göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstandakı iğtişaşlar tam olaraq orqanik proses deyil - ÇÜNKİ...
Bu gün, 06:25 |
|
|
|
• Lavrovu buraxdılar... - amma onu YOX!
Bu gün, 06:22 |
|
|
|
• Günahkar kimdir: Məktəb, yoxsa valideyn? - AKTUAL
Bu gün, 03:17 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarları TOPLANIR
Bu gün, 03:12 |
|
|
|
• Rusiya ABŞ-nin yeni administrasiyası ilə istənilən təmaslara hazırdır - Sergey Ryabkov
Bu gün, 03:01 |
|
|
|
• Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib
Bu gün, 02:47 |
|
|
|
• 'ŞİRVANŞAH'IN QÜRUBU... - Başı dərddədir...
Bu gün, 02:45 |
|
|
|
• İqtisadçılar Azərbaycanda dollar bolluğunun təsirlərindən danışırlar - NƏ ETMƏLİ?
Bu gün, 02:27 |
|
|
|
• Çinlə müharibə ABŞ-ın silah-sursat ehtiyatının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq - Sallivan
Bu gün, 02:22 |
|
|
|
• Dəfn üçün birdəfəlik müavinət niyə hamıya verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:20 |
|
|
|
• Burda Əmrullayevin sözünün KƏSƏRİ YOXDUR? - FAKT BUDUR!
Bu gün, 02:14 |
|
|
|
• "Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir" - Rəsmi Bakıdan SƏRT TƏPKİ
Bu gün, 00:28 |
|
|
|
• "Orada bir işçi var, heyif ki, elə işçilər var..." - QALMAQAL
Bu gün, 00:24 |
|
|
|
• Sahibkarların kütləvi həbsi nədən xəbər verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:22 |
|
|
|
• Pekindən Moskvaya “dost” zərbəsi: Rusiya banklarından imtina - Görünəni odur ki...
Bu gün, 00:11 |
|
|
|
• ABŞ-dakı erməni diasporundan məkirli addım... - FOTO
Bu gün, 00:07 |
|
|
|
• Fransa parlamenti hökumətə etimadsızlıq haqqında qətnaməni qəbul edib - KİV
Dünən, 23:35 |
|
|
|
• Məktəblərdə dərs saatları azaldılacaq? - AÇIQLAMA
Dünən, 23:22 |
|
|
|
• Gömrükdə MAAŞ BÖHRANI: Düz 3 aydır ki... - rəsmlərsə susur...
Dünən, 23:19 |
|
|
|
• Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı - axtarışda ola-ola dinc dayanmayıb...
Dünən, 23:09 |
|
|
|
• Bu ölkədə Priqojinə abidə ucaldıldı - FOTO
Dünən, 23:06 |
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49 |
|
|
|
|