Cənab nazir, uşaqlar soyuqdan donur... - 41 min manat BORCA GÖRƏ...
Tarix: 2-12-2024, 08:12 |
Çap et
Bərdə rayonun sakini Orxan Yusifov bildirir ki, adıçəkilən rayonun məktəblərinə hələ də istilik verilməyib. "DİA-AZ" bildirir ki, və bunun da olduqca ilginc səbəbi var... Çünki...
Qeyd edək ki, hazırki yaranmış durumdan təbii olaraq şagirdlər çox əziyyət çəkir. Şikayətçi deyir ki, otaqlar o qədər soyuq olur ki, uşaqlar sinifdə palto ilə oturmaq məcburiyyətində qalır.
Vətəndaşın sözlərinə görə, bununla bağlı dəfələrlə müraciət ediblər və Bərdə rayonunun Qaz İstismar İdarəsindən onlara bildiriblər ki, Qarabağ Regional Təhsil İdarəsinin 41 min manat "Azəriqaz"a borcu olduğu üçün məktəbə qazın verilməsini dayandırıblar.
Şikayətçi eyni zamanda Bərdə məktəbində şərait və təhsil bərbad vəziyyətdə olduğunu qeyd edir.
O, adiyyatı qrumlara müraciət edərək bu məsəlınin araşdırılaraq, qanuni tədbir görülməsini xahiş edir.