Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı, övladları - deputat Günay Ağamalı, Elçin Ağamalı, Yalçın Ağamalı və nəvələri Samirə Ağamalı, Kamran Ağamalı, Orxan Ağamalıya qarşı kommersiya iddiası üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Məlumata görə, iddiaçı tərəf - "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərizəsini geri götürüb. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb.
"Aqrarkredit" QSC-nin iddia ərizəsində Fəzail Ağamalı və övladları ilə yanaşı, "Agricola" şirkəti və İmanova Suğra Sevindik qızı cavabdeh qismində tanınıb.
Götürülmüş kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilir.