Mən bir təyyarə qanadıyam... - Aktau limanında...
Tarix: 29-12-2024, 17:46 |
Çap et
Mən bir təyyarə qanadıyam...
Aktau limanında...
Qanadsız qoyduqların...
Tanrının amanında...
Hər şey yaxşı olacaq...
Qanadsız mələk səsi...
Yaddaşlarda qalacaq...
Mələyin əfsanəsi...
Təyyarənin sükanı
Bir savaş meydanıydı...
Unudulmaz Kapitanı...
Qurbanlıq öz canıydı...
Yerdəki şərəfsizlər...
Göydəki köməksizlər...
Xəzərdə qalan izlər...
Udmalıydı dənizlər...
Bir mələk... bir kapitan...
Geriyə qalan bir səs,
Yolunu azmış sükan...
Bir də kəsilən nəfəs...
Düşmən plan qurmuşdu,
Planı da buymuşdu...
Ağası buyurmuşdu...
Vicdanı yoxuymuşdu...
Mən bir təyyarə qanadıyam...
Aktau limanında...
Qanadsız qoyduqların...
Tanrının amanında...
#ANONİMUS