İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Ötən ilin sonunda Azərbaycan-İran münasibətləri yenidən gərginləşib. Bu dəfə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib. Azərbaycan XİN-in buna cavabı gecikməyib və İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb/ Ona rəsmi Bakının sərt etirazı bildirilib. Azərbaycan-İran münasibətlərinin normal məcraya keçəcəyi gözlənsə də, baş verən bu hadisə Tehran rejiminin Azərbaycan hakimiyyətinə qarşı münasibətinə dəyişiklik etmədiyinin göstəricisi idi. Bəs İranın Azərbaycana qarşı hazırkı hikkəsinin arxasında nə dayanır? Hadisələrə baş verənlər prizmasından baxsaq, burada rəsmi Bakının bölgədə apardığı siyasətin İran rejimini qıcıqlandırması arasındakı əlaqəni görə bilərik. İranın Suriyadakı acizliyi fonunda, rəsmi Bakı yeni Suriya rejimi ilə əlaqələr qurur. Təbii ki, burada Türkiyə ilə Azərbaycanın koordinasiya olunmuş siyasəti aparıcı rol oynayır. Rəsmi Bakı Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlığa açıq olduğunu ifadə edib. Hətta bu xoşməramlı niyyətini Suriyaya göndərilən 200 tırdan ibarət humanitar yardımla təsdiqləyib. Tehran rejimi isə faktiki olaraq Suriyada oyundan kənar vəziyyətdə qalıb. Ən azından Suriyada hakimiyyətə gələn islamçılarla İran islamçılarını məzhəb fərqi ayırır. Millət vəkili Ceyhun Məmmədov bildirir ki, Azərbaycan region dövlətləri münasibətlərin inkişafında maraqlı olub: "Azərbaycan prezidenti 2020-ci ildə Cəbrayıla səfər edərkən əlini İran tərəfə uzadaraq bildirdi ki, bu dostluq körpüsüdür. Azərbaycan iki ölkə arasında əlaqələrin möhkəmlənməsində maraqlıdır. Təəssüf ki, İrandan buna qarşılıq olacaq addımları görmədik. Əksinə, İran tərəfi Azərbaycan əleyhinə fəaliyyətinin miqyasının genişləndirirdi".
Ceyhun Məmmədov qeyd edib ki, baş verən son hadisədə isə tək Azərbaycan deyil, həm də Türkiyə lideri də hədəfə alınmışdı: "İran bu addımlarla qırmızı xətti keçdi. Əgər İran Azərbaycanın Suriyaya yardımından narahatdırsa, orada yaşayanların müsəlman olduğunu unutmamalıdır. Azərbaycan İranın Suriya siyasətinə qarışmayıb. İran nəzərə almalıdır ki, bu narahatlıq İranın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının əsasnaməsinə ziddir". "Bu gün İranın Azərbaycan və Türkiyəyə qarşı apardığı siyasət qəbuledilməzdir. Bu addımlar ikitərəfli münasibətlərə xələl gətirir. İran regiondakı ölkələrlə normal münasibətlər qurmağı bacarmalıdır. Ona görə də, Azərbaycan fəlakətlə üzbəüz olan Suriyaya humanitar yardım etməklə örnək davranış sərgiləyir" - millət vəkili deyib.
Politoloq Elşən Manafov isə bildirib ki, İranın yeni prezidenti Məsud Pezeşkianın keçən il Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubun məzmunu, habelə onunla baş tutmuş telefon danışıqları göstərir ki, rəsmi Tehran bundan sonra da Azərbaycanla ikitərəfli münasibətlərin mehriban qonşuluq, qarşılıqlı anlaşma və mənfəət prinsipləri üzərində davam etdirilməsində maraqlıdır. "Bununla yanaşı İran Azərbaycan prezidentinin regionda təhlükəsizlik problemlərinin həllini ehtiva edən "3+3" formatında əməkdaşlıq təkliflərini də bəyənir və müdafiə edir. Regionda, o cümlədən Yaxın Şərq böhranının tənzimlənməsinə dair məsələlərə münasibətdə, habelə regiondan keçən dəhlizlərin marşurutları, onların təhlükəsizliyinin təmin edilməsi ilə baglı məsələlərə rəsmi Tehran və Bakı arasında ortaq baxışlarla yanaşı, fərqli münasibətlər də mövcuddur. İranın yeni prezidentinin regional təhlukəsizlik və əməkdaşlıqla bağlı məslələrə münasibətində İranın ali rəhbərliyində mühafizəkar dairələrlə müqayisədə fərqli mövqelər var və bu faktor İranın ali rəhbərliyinə yaxın olan mühafizəkar dairələrin bəyanat və çıxışlarında özünü qabarıq şəkildə büruzə verir".
Politoloq bildirib ki, Pezeşkianın İranın idarəetmə sistemində islahatların keçirilməsinin zəruriliyi ilə bağlı fikirləri mühafizəkar dairələrdə birmənalı qarşılanmır və İranın Ali rəhbərinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Ameli məhz belələrindəndir: "Suriyada Əsəd rejiminin devrilməsinə münasibətdə İran və Azərbaycan arasındakı fərqlı baxış və mövqelər İranda mühafizəkar dairələlərin Azərbaycan və onun liderinə hücumlarının səbəbləri sırasına aid edilə bilər. Məlumdur ki, Suriyada Əsədin devrilməsi İranın bu ölkə və regiondakı maraqlarının lehinə olmayıb, hətta mühafizəkarlar Ələvilərin Suriyada bir müddət sonra hakimiyyətə qaytarılmaları üçün ciddi səylər göstərəcəklərini də gizlətmirlər. Rəsmi Bakı isə Suriyanın gələcəyi üçün məsuliyyətin Suriya xalqına aid olduğunu bildirməklə Türkiyə ilə yanaşı yeni Suriyanın qurulması işlərində əməkdaşlıq etməyə hazır olduğunu bildirib, hətta Suriyaya 200 tondan çox humanitar yardım göstərilib. Digər tərəfdən Türkiyənin nəqliyyat və imfrastuktur naziri Əbdulkərim Uraloğlu bu günlərdə verdiyi açıqlamaların birində Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında razılıqların əldə edildiyinə işarə edib. Bununla bağlı 2020-ci ilin Moskva razılaşmasında dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçiriləcəyi ilə bağlı razılıq var, İran digər region dövlətlərindən fərqli olaraq bu məsələyə həssaslıqla yanaşır və Ermənistanla onun sərhədlərinə müdaxilənin yol verilməz olduğunu bəyan edir, əslində Tehran dəhlizin istifadəyə veriləcəyi təqdirdə onun ərazisindən keçən tranzit yolların tərəflər üçün əvvəlki əhəmiyyətini itirəcəyindən narahatdır" - o, deyib. Politoloq bildirir ki, bununla belə, İran Azərbaycan ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin geosiyasi əhəmiyyətini də anlayır: "Artıq Rəşt-Astara yolunun çəkilməsi üçün danışıqlar baş tutub və Rusiya bu layihəyə 1,5 milyard dollardan çox pul ayıracağını bəyan edib. Yolun bəlli hissəsi uçun kreditləri isə Azərbaycan tərəfi ayırmağa hazır olduğunu bildirib. Nəhayət, İranın mühafizəkar dairələrində Azərbaycanın İsraillə münasibətlərinə xüsusi qərəzlə yanaşanlar da var və bunu rəsmi Bakının guya Fələstin məsələsində İslam həmrəyliyinə fərqli baxışları ilə izah edirlər.
Halbuki bir sıra ərəb dövlətləri İsraillə münasibətlərin normallaşdırılması istiqamətində özlərinin dövlət maraqlarından çıxış edərək bəlli addımlar atıblar. Azərbaycan isə Fələstin probleminin bir qayda olaraq iki xalq, iki dövlət prinsipləri üzərində qurulmasının tərəfdarı olub. Rəsmi Bakı bütün tərəflərlə münasibətlərdə dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyi prinsiplərinə riayət edib və Tehranla da münasibətlərin bu prinsiplər üzərində genişləndirilməsinin tərəfdarıdır", Elşən Manafov vurğulayıb.
SPUTNİK.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18 |
|
|
|
• Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14 |
|
|
|
• "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59 |
|
|
|
• İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51 |
|
|
|
• UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49 |
|
|
|
• "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02 |
|
|
|
• “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00 |
|
|
|
• Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58 |
|
|
|
• “Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09 |
|
|
|
• Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05 |
|
|
|
• "“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01 |
|
|
|
• Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58 |
|
|
|
• Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57 |
|
|
|
• Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52 |
|
|
|
• Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47 |
|
|
|
• Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44 |
|
|
|
• Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42 |
|
|
|
• Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39 |
|
|
|
• Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30 |
|
|
|
• Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22 |
|
|
|
• Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17 |
|
|
|
• “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16 |
|
|
|
• Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06 |
|
|
|
• Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03 |
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
|