“Gradus Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
"DİA-AZ" xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1040 Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov (Bakixanov qəs.) küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Gradus Holding” MMC 2024-cü ilin oktyabr ayında yaradılıb. Holdng 9 milyon 320 min manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Qarayeva Könül İsmayıl qızıdır.
Hüquqi ünvanı AZ1040, Bakı şəhəri Sabunçi rayonu, Bakıxanov ŞTQ, Bünyadov (Bakıxanov qəs.) ev.11. ünvanıdır.