"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                     Jurnalist Şəmşad Ağa saxlanılıb .....                     USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                 

Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Tarix: Dünən, 19:00 | Çap et
Azərbaycanda məktəblər pullu olacaq?
Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən-ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir.

Ölkədə ümumi orta məktəb təhsili, əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müsəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

Azərbaycanda ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi orta məktəb təhsilinin hər üç pilləsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil pilləsində təhsilin təmayülləşməsi təmin olunur və ümumi orta məktəb təhsilinin sonuncu pilləsi olaraq 10-11-ci sinifləri əhatə edir.

Qeyd edək ki, son vaxtlar ölkədə ümumi orta məktəb təhsili ilə bağlı dəyişikliyin olacağı barədə fikirlər səslənir. Belə ki, 10-11-ci siniflərin ödənişli olması gözlənilir.

Əgər bu layihə reallaşarsa, ölkədə “təhsilsizlər ordusu” yaranmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində təhsilin ödənişli olması ilə bağlı fikirlər təhsil sistemində ciddi sosial və iqtisadi problemlərə səbəb ola bilər:

“Təhsil hər bir vətəndaş üçün fundamental hüquq hesab olunur və onun əlçatan olması dövlətin əsas öhdəliklərindən biridir. Əgər bu layihə reallaşarsa, aşağı və orta gəlirli ailələrin övladları üçün təhsilin davam etdirilməsi çətinləşəcək və nəticədə ölkədə kütləvi təhsilsizlər ordusu yaranacaq.

Azərbaycanda təhsil sistemi konstitusiya ilə tənzimlənir və təhsilin hamı üçün əlçatan olması təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər kəsin təhsil almaq hüququ var və dövlət ümumi orta təhsilin icbari və pulsuz olmasını təmin etməlidir. Bu halda, 10-11-ci siniflərdə təhsilin ödənişli olması bu prinsiplərə zidd ola bilər. Eyni zamanda, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinə görə, dövlət hər kəsə təhsil almaq üçün bərabər şərait yaratmalıdır”.

Ekspertin sözlərinə görə, əgər bu layihə tətbiq olunarsa, onun nəticələri bir sıra problemlərə yol aça bilər:

“Birinci, aşağı və orta gəlirli ailələrin övladları təhsili yarımçıq qoymağa məcbur olacaq. Bu isə əmək bazarında kifayət qədər savadlı və peşəkar kadrların sayının azalmasına səbəb olacaq. Statistik məlumatlara əsasən, hazırda Azərbaycan əhalisinin 35%-i yoxsulluq həddinə yaxın yaşayır. Əgər ailələrin təhsilə əlavə maliyyə xərcləri çıxarsa, bu, təhsildən yayınma hallarını artıracaq.

İkincisi, ölkədə erkən yaşda əmək bazarına qoşulan və qeyri-rəsmi çalışan gənclərin sayı artacaq. 10-11-ci siniflərdə təhsil ala bilməyən yeniyetmələr iş tapmaq üçün bazara daxil olmağa çalışacaq, lakin onların bilik və bacarıqları yetərsiz olduğu üçün əmək bazarında qeyri-rəsmi və aşağı maaşlı işlərdə çalışacaqlar. Bu isə həm gənclərin sosial təminatsızlığına, həm də gələcəkdə savadsız işçi qüvvəsinin artmasına səbəb olacaq.

Üçüncüsü, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. Azərbaycanda universitetlərə qəbul olan abituriyentlərin əksəriyyəti məhz ümumi orta təhsilin tam kursunu bitirənlərdir. Əgər 10-11-ci siniflər ödənişli olarsa, ali təhsil almaq istəyənlərin sayı kəskin şəkildə azala bilər”.

Bu, həm ali təhsil sisteminə mənfi təsir edəcək, həm də ölkədə ali təhsilli kadrların sayının azalmasına gətirib çıxaracaq.

Dördüncüsü, bu sistem tətbiq olunarsa, cəmiyyətin təhsil baxımından daha çox sosial təbəqələşməsinə səbəb olacaq. Yüksək gəlirli ailələrin övladları təhsillərini davam etdirə biləcək, aşağı gəlirli ailələrin uşaqları isə məcburən məktəbdən kənar qalacaq. Bu isə gələcəkdə sosial bərabərsizliyi daha da dərinləşdirəcək”.

Ekspert deyir ki, bir çox inkişaf etmiş ölkələrdə orta təhsil pulsuz və icbaridir:

“Məsələn, Finlandiya, Almaniya və Fransa kimi ölkələrdə dövlət yalnız icbari təhsili deyil, eyni zamanda məktəb materiallarını, dərslikləri və hətta bəzi hallarda məktəb yeməklərini də təmin edir. Finlandiya modelində təhsilin hər kəs üçün pulsuz olması onun keyfiyyətinin artırılması ilə paralel həyata keçirilir. Bu ölkədə orta məktəbdə təhsilin pulsuz olması təhsil bərabərliyini qorumaq üçün əsas strategiya hesab edilir. Digər tərəfdən, ABŞ və Böyük Britaniya kimi ölkələrdə dövlət məktəbləri pulsuz fəaliyyət göstərsə də, özəl məktəblər ödənişli təhsil təklif edir. Lakin bu ölkələrdə hər kəs üçün pulsuz dövlət məktəblərində tam orta təhsil almaq imkanı mövcuddur.

Azərbaycanda orta təhsilin ödənişli olması ciddi sosial və iqtisadi risklər yarada bilər. Əgər məqsəd dövlət büdcəsinə əlavə gəlir gətirməkdirsə, bu, təhsildən yayınma faizini artıraraq əks nəticələrə səbəb ola bilər”.

K.Əsədovun fikrincə, digər tərəfdən, əgər bu addım təhsilin keyfiyyətini artırmaq məqsədi daşıyırsa, bunun daha effektiv yolları var:

“Keyfiyyətin artırılması üçün müəllimlərin maaşlarının yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının təkmilləşdirilməsi və yeni təhsil metodlarının tətbiqi daha məntiqli addım ola bilər. Ödənişli təhsilin tətbiq edilməsi əksər ailələr üçün maliyyə yükünü artıracaq və bu da təhsil sistemində bərabərsizlik yaradacaq. Bu layihə reallaşarsa, orta məktəb təhsilində davamiyyət faizi kəskin şəkildə aşağı düşəcək və nəticədə savadsızlıq problemi ilə qarşılaşa bilərik. Əgər dövlətin təhsil sahəsində islahat keçirmək niyyəti varsa, bu, daha inklüziv və hamının təhsil ala biləcəyi model əsasında qurulmalıdır. Əks halda, ölkədə təhsilsiz gənclərin sayı artacaq, bunun uzunmüddətli sosial və iqtisadi fəsadları olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru