"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                     Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... .....                     Jurnalist Şəmşad Ağa saxlanılıb .....                     USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                 

Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Tarix: Bu gün, 06:30 | Çap et
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur
İpoteka və Kredit Zəmanət Fondu müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Digər tərəfdən, vətəndaşların bu istiqamətdə fikirləri birmənalı deyil. Əksəriyyət Azərbaycanda ipoteka sisteminin əlverişsiz olduğunu qeyd edir, bunu ilkin və aylıq ödənişlərin insanların gəlirindən çox olması ilə əsaslandırırlar. Bu baxımdan, bir qisim insan torpaq alıb ev tikməyə üstünlük verir, bunun daha ucuz başa gəldiyini düşünür. Paralel olaraq, bunun da çətin olduğunu vurğulayanlar az deyil.

Bəs hazırkı dövrdə hansı üsulla ev əldə etmək daha əlverişlidir?

Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun banklara ayırdığı kredit limitləri hər il artır:

“Problem kredit limitləri ilə bağlı deyil, tamam başqa istiqamətdədir. “İpoteka kreditləri əlverişsizdir”, deyə birmənalı fikir söyləmək doğru olmazdı. İlkin ödənişlər əslində çox deyil. Məsələn, ilkin ödənişlər təxminən 10-15 faizdən başlayır. Yəni 100 min manatlıq ev alan insanın 10 min manatı öncədən verməsi hesab edirəm ki, çətin olmaz. Əgər bu şəxs hər ay ortalama 1000 manat pul verəcəksə, 10 ay əvvəldən yığmağa başladığı təqdirdə, həmin ödənişi tamamlaya bilər. Problem 10 faizdə və ya kredit limitlərində deyil, daha çox ipoteka kreditini götürdükdən sonra hər ay o vəsaitin verilməsindədir. İpoteka krediti götürən insanın aylıq ödəniş həcmləri və onun gəlirləri arasındakı mütənasiblik məhz ipoteka kreditlərinin qaytarılması zamanı problem yaradır. Söhbət burada əmlakın qiymətindən gedir. Təbii ki, kredit məbləğini artırmaq, faizini aşağı salmaq daha yaxşı olar. Amma ən yaxşısı mənzil qiymətlərinin ucuz başa gəlməsidir. Bu, mümkündürmü? Xeyr”.

İqtisadçı qeyd edib ki, hazırkı iqtisadi şərtlər daxilində – tikinti, inşaat məhsullarının, enerjinin, torpaq qiymətinin dayanmadan qalxdığı bir zamanda, xüsusilə paytaxtda evlərin qiymətinin aşağı düşməsi mümkün deyil:

“Bakıda tikinti sektoru üzrə təbii rəqabət var. O ki qaldı torpaq alıb ev tikmək daha əlverişlidir, ya ipoteka götürməyə, bu tip sualların birmənalı cavabı olmur. Bunun hər kəs üçün saysız-hesabsız doğru cavabları var. Əlindəki vəsaiti yığmaq qabiliyyəti olan insan üçün ucuz bir ev almaq daha yaxşıdır, nəinki, ipoteka ilə baha ev almaq…Daha sonra o evdə yaşayaraq, yenə növbəti hissədə pul yığaraq, həmin evi satmaq daha məqsədəuyğundur. Amma insanlar bununla qane olurmu? Təcrübə göstərir ki, insanlar daha çox ipoteka kreditlərinə müraciət edirlər. Bu da insan təbiətinin bir göstəricisidir. Normal olmayan bir şey sadəcə olaraq insanların həddindən artıq Bakı şəhərinə yüklənməsidir. Paytaxtda torpaq, mənzil qiymətləri çox bahadır”.

Deputat Vüqar Bayramov isə xatırladıb ki, 2025-ci ildə ipoteka kreditləşməsinə dövlət büdcəsindən 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub:

“Bu o deməkdir ki, bütövlükdə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 168 milyon manata çatıb. Limitlərin ayrılması həm adi, həm güzəştli ipoteka kreditləri üzrə artıq vəsaitlərin ayrılacağı anlamına gəlir. Güzəştli ipoteka kreditlərinin şərtləri məqbul hesab olunur, çünki ilkin ödəniş 10 faizə qədərdir, illik faiz isə cəmi 4 faiz təşkil edir. Əslində ipotekaya kifayət qədər müraciətlər olub və müəyyən müddətdən sonra müraciət nəticəsində vətəndaşlar limitlərdən də istifadə edirlər. Amma sözsüz, ipotekanın dairəsinin genişləndirilməsi ilə yanaşı, torpaq sahələrində fərdi evlərin inşası üçün vəsaitlərin ayrılması da məqsədəuyğun olardı. Nəticə etibarı ilə bu, bütövlükdə daha çox vətəndaşlarımızın mənzilə sahib olması və onların mənzil problemlərinin həll olunmasına imkan yarada bilər”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə deyib ki, orta hesabla, vətəndaşların çox hissəsi imtiyazlı təbəqəyə aid olmadığına görə onların götürdüyü ipotekanın faiz dərəcəsi illik 8 faizdir:

“Son illər ərzində əmlakın dəyəri bahalaşıb, bunu nəzərə alsaq, üstəlik 8 faizlə 20-25 illik ipotekanı hesablayanda təbii ki, sonda əmlakın dəyəri ilə bağlı nəticəyə əsasən, vətəndaş bunu əlverişsiz hesab edir. Məsələn, ipoteka proqramı ölkədə 15-16 il öncə başlayanda vətəndaşlar adətən birotaqlı mənzillər, hətta 40-45 min dəyərində “Xruşşov” layihələri alırdılar. İlkin ödənişi 15 faiz etməklə az məbləğ ödəyirdilər və nəticə etibarilə, aylıq ödənişlər də az olurdu. Belə əmlakın baha başa gəlməməsi, aylıq ödənişlərin çox olmaması əlverişli idi. Lakin ilbəil danışmaz əmlakın bahalaşması vətəndaşın fərdi ev almasını, ipotekaya müraciət etməsini çətinləşdirdi. Bu baxımdan, ipotekanın əlverişsiz olduğunu düşünənlər çoxdur”.

Ekspertin fikrincə, burada inflyasiya da, milli valyutanın dəyərdən düşməsi də önəmli məsələdir:

“Məsələn, 20 il öncə Əhmədli və şəhərin kənar qəsəbələrində yeni tikililərin 1 kvadrat metri 200 manat idi, hazırda isə bu məbləğ 1700 manata kimi artıb. Heç kəs bilmir ki, hazırda kvadratı 1700 manatla alınan hər hansısa əmlakın sonrakı 20 il ərzində ipoteka bağlananda qiyməti nə olacaq. Bu baxımdan, ipotekaya heç də əlverişsiz demək olmaz. Lakin müxtəlif proqnozlar olur. Misal üçün, son üç il ərzində ipotekaya müraciət edənlərin sayı kəskin çoxalıb. Səbəb kəskin bahalaşma ilə bağlıdır. Vətəndaşların yığım kapitalı çox olmadığına, bahalaşma ilə ayaqlaşa bilmədiklərinə görə ipotekaya müraciətlərin sayı da çoxdur. Sözsüz ki, bir çox vətəndaşlar müqayisə edir və fərdi evlərin tikintisinə daha çox üstünlük verirlər. Çünki ölkəmizdə aztəminatlı ailələrin çoxu ipoteka krediti götürə bilmirlər. Bu baxımdan vətəndaşların çoxu daşınmaz əmlak, mənzil problemlərinin həll yolunu fərdi evlərin tikintisinə yönəldirlər. Yığdıqları kapitala uyğun şəhərin qıraq hissəsində torpaq, tədricən vəsait topladıqca isə inşaat materialları alırlar, evi tikirlər, təmir edirlər. Belə əmlak isə sözsüz ki, daha ucuz başa gəlir və vətəndaşları 20-25 il ərzində ipotekadan asılı etmir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru