Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra beynəlxalq gündəlikdə yer alan əsas mövzulardan biri Zəngəzur dəhlizidir. Bu layihənin mümkün qədər qısa vaxt ərzndə reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərdən biridir. Lakin çox təəssüflər olsun ki, Ermənistanın 4 ildən artıqdır qeyri-konstruktiv mövqeyi və 10 noyabr Bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu layihənin irəliləməsini ləngidir. Ermənistan müxtəlif əsassız layihələrlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışsa da, Azərbaycan dəfələrlə bəyan edib ki, bu cür təşəbbüslər Azərbaycanla razılaşdırılmadıqca real nəticə verməyəcək. Bu mənada Ermənistanın “Sülh kəsişməsi” layihələri regionun iqtisadi inkişafına töhfə vermək əvəzinə, sadəcə, manipulyasiya vasitəsidir.
Bu mövzunu şərh edən Milli Məclisin deputatı Səbinə Salmanova “Sherg.az” açıqlamasında qeyd edib k, Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir:
“Azərbaycanı Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsini təmin edən əsas amillərdən biri regionumuzu əhatə edən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin yaradılmasına verdiy töhfələrdir. Qlobal yükdaşımaların, tranzit imkanları ölkəmizin regional və beynəlxalq mövqelərindəki yerini və rolunu hər zaman düzgün dəyərləndirən Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsində hazırda Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə ən çevik, operativ və təhlükəsiz nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyevin bununla bağlı diqqətə çatdırdığı məsələlər hər birimizi qürurlandırdı. Dövlətimizin başçısının dediyi kimi bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir: «Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir». Torpaqlarımızın işğaldan azad edilməsi isə bütövlükdə Cənubi Qafqazın Avrasiyanın nəqliyyat xəritəsində mövqelərini daha da möhkəmləndirilməsi istiqamətində yeni imkanlar yaradıb. Bu mənada Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da artırılması deməkdir. Lakin məlum olduğu kimi Vətən müharibəsindən ötən dövrdə Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Zəngəzur dəhlizinin Ermənistanın iqtisadi dalandan çıxması, qlobal iqtisadi məkana yaxınlaşması üçün unikal şans olmasına baxmayaraq, rəsmi İrəvan xarici təzyiq və təsirlər nəticəsində bu imkandan yararlanmaqdan yayınır. Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi Ermənistan müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğul olur”.
Deputatın sözlərinə görə, Ermənistanın bu mövzu ətrafında manipulyasiyalarının göstəricilərindən biri bu ölkənin baş naziri N.Paşinyanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsidir: “Belə bir təşəbbüsü irəli sürməklə N.Paşinyan özünün və ölkəsinin sülhpərvər obrazını yaratmağa, regionda münasibətlərin normallaşdırılmasına tərəfdar olduqlarını beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır. Lakin cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Yəni Azərbaycan olmadan regionda Ermənistan keçməklə hər hansı qlobal layihə reallaşa bilməz. Ona görə qlobal layihələrdə iştirak etmək üçün Ermənistan ilk növbədə Azərbaycana müraciət etməli, ölkəmizin şərtlərinə, o cümlədən Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir. Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Əgər Ermənistan bu zərurətə qarşı çıxsa və tarixi imkanları dəyərləndirməsə, regionun dalan ölkəsi olaraq qalmaqda davam edəcək. Və bu cür gedişat yaxın gələcəkdə onsuz da region üçün qondarma olan erməni dövlətçiliyinin iflasını qaçılmaz edəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
• "Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36 |
|
|
|
• Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19 |
|
|
|
• Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17 |
|
|
|
• Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14 |
|
|
|
• Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13 |
|
|
|
• Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
• “Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08 |
|
|
|
• Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05 |
|
|
|
• Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01 |
|
|
|
• Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59 |
|
|
|
• Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53 |
|
|
|
• USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49 |
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
|