
"Zaman bir göz qırpımında necə keçdi? Sən gedəli ürəyimi, canımı itirdim".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial media hesabında mərhum qardaşı, stilist Balaşın ünvanına yazıb. O, qardaşı ilə görüntülərini paylaşaraq onun ölümündən 4 il keçdiyini bildirib:
"Həyatımda ilk dəfə 4 il bundan öncə gerçək acını sən yaşatdın mənə. Məni qoyub getdiyin üçün sənə qırğınam. Səndən küsmüşəm. Onsuz da səndən başqasına küsə bilmirəm. Nə göz yaşımın, nə də qəlbimin sancısını heç kəs bilə bilməz. Ürəyimdə sənə o qədər sözüm var ki... Bilirsən, sən gedəli heç kəslə ürəkdən söhbət etmirəm. Mənə öyrətdiyin hər şeyə görə sənə təşəkkür edirəm. Mənim həyat yolumu sən cızdın və qoyub getdin. Bu an yanımda məni qucaqladığını hiss edirəm. Dağ kimi arxamda idin. Mən indi başımı kimin çiyninə qoyub ürəkdən ağlayım? Qolumu, qanadımı sınıdırıb getdin. Hər kəsin həyatını qurtardın, özün getdin. Cənnətdəsən, bilirəm. Yatdığın yer incitməsin səni. Mənim ən dəyərlim, can parçam, varlığım, ömürüm, nəfəsim, çox kədərliyəm. Ah, dəniz gözlüm. Ruhun şad olsun, nular içində yat. Allah sənə rəhmət eləsin, Balaşım. Hansısa çətinlik olanda mənə söylə demişdin. Oldu, amma sənə deyə bilmədim. Çünki yox idin".
Qeyd edək ki, Xatunun qardaşı Balaş 2021-ci ildə xərçəngdən vəfat edib.