
Müharibə baş verərsə, ABŞ-ın dəstəyi olmadan Avropa ölkələrinin Rusiyadan müdafiəsi üçün daha 300 min əsgərə ehtiyacı var.
Axar.az xəbər verir ki, bu barədə Brüsseldəki Bruegel Araşdırma İnstitutu və Kiel Dünya İqtisadiyyatı İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu halda hər il AB ölkələrinə təxminən 250 milyard avro əlavə hərbi xərc tələb olunacaq.
Tədqiqatın müəllifləri vurğulayıblar ki, Rusiya qarşıdakı 3-10 il ərzində AB-yə hücum üçün hərbi güc əldə edə bilər.
Qeyd edək ki, Avropanın öz müdafiə sisteminin yaradılması ilə bağlı müzakirələr intensivləşib, çünki ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında NATO-nun təhlükəsizlik zəmanəti o qədər də etibarlı görünmür.