2025-ci il bürclər üçün nə vəd edir? .....                     Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir .....                     Bəşər Əsəddən sonra ilk Yeni il... .....                     Pullarınızı kibercinayətkarlardan belə qoruyun: .....                     Ucuz qiymətə satılan geyimlər .....                     İrəvan iki yoldan birini seçməlidir .....                     Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir .....                     “Azəriqaz”dan deyirlər ki... .....                     Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı .....                     “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” .....                     Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı .....                     Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... .....                     Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı .....                     "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" .....                     Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... .....                     ABŞ-la siyasətimizin DAVAMI... .....                     “Kim dostdur, kim dost deyil, bunu gördük” .....                     “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... .....                     Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib .....                     Naxçıvanda ilin ilk körpələri əkiz olub .....                     "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” .....                     "Kaspi" qəzeti 144 illiyini qeyd edir .....                     Bakıdan İrəvana Yeni il ismarışı .....                     Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb .....                     Bayram günlərində işləyən banklar .....                     Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... .....                     "Deyir, dükan düzdür... siz səhvsiniz..." .....                     Əli Əsədov yenə də BUNU ETMƏDİ... .....                     "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” .....                     "Çalışın, bu şirkətdən UZAQ OLUN..." .....                     Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? .....                     Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... .....                     ` World Telecom` yeni ilə yeni narazılıqla... .....                     Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... .....                     Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT .....                     Münasibətləri Bayden administrasiyası korladı... .....                     Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal .....                     Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib .....                     Vanqanın 2025-ci il proqnozları: .....                     “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb .....                 

İldırımzadə qardaşları Bakıya icra başçısı təyin etdiriblər - Yarım milyonluq cinayət işi
Tarix: 29-12-2024, 12:12 | Çap et
İldırımzadə qardaşları Bakıya icra başçısı təyin etdiriblər
Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulovun verdikləri vəsatətlər müzakirə olunub.

Qeyd edək ki, ötən məhkəmə iclasında zərərçəkmiş Qurban Piriyevin vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin məhkəmədən yayınmaq, məhkəmə iclaslarına gəlməmək ehtimalı var. Vəkil hesab edib ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək fikirləri yoxdur:

"Onların ziyanı ödəmək kimi fikirləri olsaydı, bunu vaxtında etmiş olardılar. Onlar ziyanı ödəməkdən yayınırlar. Azadlıqda qalmaları onların yeni cinayətlər törətməyə imkanlar yaradır. Bizdə məlumat var ki, digər cinayət işləri üzrə hazırda istintaqı aparılan işlərdə Rasim İldırımzadənin adı keçir. Bu da onu deməyə əsas verir ki, qanunsuz əməllərinə davam edir", - deyə Sadiq Rəsulov qeyd edib.

Vəkil həmçinin deyib ki, təqsirləndirilən şəxslər zərərçəkmişə dəymiş ziyanın böyük bir hissəsini ödəməyib. Vəkil qaldırdığı vəsatətin təmin edilməsini istəyib.

Bundan əlavə Rasim İldırımzadənin vəkili Cahangir Şükürov vəsatət verib. Qeyd edib ki, ibtidai araşdırmada qanun pozuntusuna yol verilib, buna görə işin ibtidai istintaqa qaytarılmasını istəyib. Vəkil qeyd edib ki, həm onun özü, həm də müvəkkilin imzaları iş materiallarında saxtalaşdırılıb.

Digər Qoşqar Məmmədovun vəkili Nurlan Məmmədovun Cinayət Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən işin ibtidai istintaqa qaytarılmasını istəyib. Nurlan Məmmədov deyib ki, cinayət işinin başlanmasına xitam verilməsi və için ibtidai istintaqa qaytarılmasını istəyib. Vəkil qeyd edib ki, şikayət edən şəxsinin ərizəsi yoxdur, iş materiallarında cinayət işinin başlanması barədə qərar yoxdur.

Vəkil əlavə edib ki, Qoşqar Məmmədov ibtidai istintaq zamanı işi araşdıran müstəntiq Kamran Əliyev etiraz edib, amma etiraz təmin olunmayıb.

Nurlan Məmmədov həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur.

Vəsatətlərin müzakirə olunması zamanı Cahangir Şükürov bildirib ki, müvəkkilin ədaləti mühakimə olunması barədə hüququ pozulub və ilkin istintaq zamanı qanunsuz olaraq saxlanılıb: "İttiham aktı Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozularaq hazırlanıb. Müstəntiq iş materiallarında olan protokolda həm müdafiə etdiyim şəxsin, həm də mənim imzamı saxtalaşdırıb. İşin əlavə istintaq hərəkətləri aparılması üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyirik".

Təqsirləndirilən şəxslər vəkilləri ilə razı olduqlarını qeyd ediblər. Vəsatətlərə münasibət bildirən dövlət ittihamçısı bildirib ki, vəkillərin vəsatətlərin təmin olunması üçün əsaslar yoxdur. Həkimlər vəsatətləri təmin etməyib.

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin barə.sində olan ittiham aktını elan edib.

Daha sonra hakim təqsirləndirilən şəxslərə ittihamın mahiyyətini, həmçinin hüquqları izah edib. Hakim bildirib ki, təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə sübuta yetirilsə, onları 10 ildən 14 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslərin hər biri özlərini təqsirli bilməyiblər.

Hazırda Rasim İldırımzadə və Qoşqar İfadə verməkdən imtina ediblərçə. Zaur Mirzəzadə isə hazırda səhhətinin ifadə verməyə yol vermədiyini deyib.

Daha sonra hakimlər zərərçəkmiş şəxsin dindirilməsini barədə qərar qəbul ediblər. Zərərçəkmiş Qurban Piriyevin iştirak etmədiyi məlum olub. Buna görə də onun dindirilməsi mümkün olmayıb. Hakimlər belə qərara gəlib ki, növbəti iclasda zərərçəkmişin dindirilməsi təmin olunsun.

Növbəti proses yanvarın 28-dğ davam edəcək.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır.

Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzaədədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.
Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci il bürclər üçün nə vəd edir?
Bu gün, 18:12
Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Bu gün, 18:08
Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Bu gün, 17:56
Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Bu gün, 17:54
Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Bu gün, 17:51
İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Bu gün, 17:45
Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Bu gün, 17:43
“Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Bu gün, 17:41
Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Bu gün, 17:12
“Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Bu gün, 17:06
Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Bu gün, 17:03
Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Bu gün, 17:01
Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Bu gün, 16:43
"Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Bu gün, 16:35
Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 16:29
ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Bu gün, 16:27
“Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Bu gün, 16:25
“Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Bu gün, 16:24
Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Bu gün, 16:17
Naxçıvanda ilin ilk körpələri əkiz olub
Bu gün, 16:15
"Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Bu gün, 15:25
"Kaspi" qəzeti 144 illiyini qeyd edir
Bu gün, 13:47
Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Bu gün, 13:39
Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Bu gün, 10:40
Bayram günlərində işləyən banklar - SİYAHI
Bu gün, 10:32
Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:28
"Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Bu gün, 10:20
Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Bu gün, 10:15
"Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Bu gün, 10:11
"Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Bu gün, 10:02
Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Bu gün, 09:56
Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:50
` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Bu gün, 09:41
Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Bu gün, 09:30
Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Bu gün, 09:24
Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Bu gün, 09:19
Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Bu gün, 08:25
Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Bu gün, 08:14
Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Bu gün, 08:11
“Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Bu gün, 08:08
Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Bu gün, 08:00
Azərbaycanın 2025-ci il üçün ulduz falı: BİZİ NƏ GÖZLƏYİR? - Transformasiya və strateji dirçəliş ili
Bu gün, 07:58
Açıq etirafdan yayınma və ya “bu, ən sadə, təbii həll yolu idi” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Qazax qardaşlarımız belə yad etdi... - DƏNİZ ÜRƏYİ...
Bu gün, 07:45
ABŞ bu günə kimi Ukraynaya 65,4 milyard dollar yardım ayırıb - Pentaqon
Bu gün, 07:39
“Paris – Bakı gərginliyi heç bir tərəfə fayda gətirmir” - Fransalı politoloq
Bu gün, 07:37
Yeni ildə mənzil bazarında qiymətlər belə olacaq – Bahalaşma gözlənir
Bu gün, 07:33
Karantin rejimi bu gündən UZADILDI - QƏRAR
Bu gün, 07:31
Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12
"Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru