Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                     Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib .....                     Putinin “əsgəri” hərəkətə keçdi .....                     "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi" .....                     Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                     Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                     Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                 

Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri ilə... - İLGİNC...
Tarix: Dünən, 09:34 | Çap et
Ağ Ev 3+3 əvəzinə Cənubi Qafqaz ölkələri ilə...
Regional əməkdaşlığın 3+3 formatı şübhəsiz ki, bütün iştirakçı ölkələrin-Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə və Gürcüstanın maraqlarına xidmət edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışında bildirib.

“Əvvəldən hamı razılaşdı ki, bizdə format məhz 3+3-dür və biz Gürcüstanın mövqeyini, şübhəsini başa düşürük. Lakin gürcü nümayəndələri üçün iclas zalında həmişə yer olacaq", - o qeyd edib.

S.Lavrov xatırladıb ki, bu yanaşma keçən ilin oktyabrında İstanbulda nazirlər səviyyəsində keçirilən son görüşdə də təsdiq edilib.

Nazirin sözlərinə görə, bu, ABŞ-ın əvvəlki administrasiyasında paxıllıq yaradıb və onlar 3+3 formatı əvəzinə Cənubi Qafqaz ölkələri və sabiq prezident Cozef Baydenin administrasiyası nümayəndələrinin daxil olacağı 3+1 formatını irəli sürməyə çalışıblar. O, həmçinin vurğulayıb ki, son görüşdə bu məsləhətləşmə platformasını daha strukturlaşdırılmış təşkilata çevirmək barədə qərar qəbul edilib.

S.Lavrov Dövlət Duması deputatlarının əlavə əməkdaşlıq mexanizmlərinin təşkili üçün 3+3 formatında parlamentlərarası komissiyanın yaradılması təklifini dəstəkləyib. "Əgər siz belə bir təşəbbüslə çıxış etsəniz, biz onu XİN xətti ilə dəstəkləyəcəyik. Bu çox faydalı olardı", - nazir bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu formata qoşulmaq istəməyən Gürcüstanın artıq bu barədə düşündüyünü proqnozlaşdırır: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə 3+3 regional əməkdaşlıq modelini təklif etdilər. Bu, Cənubi Qafqaza qonşu ölkələrin də maraqlarına cavab verdiyindən, İran və Rusiya təklifi dəstəklədilər, hətta Ermənistan belə Bakı və Ankaranın təşəbbüsünə qoşuldu. Bircə Gürcüstan bu platformada iştirak etmədi və bunun obyektiv səbəbi var idi. Gürcüstan hakimiyyəti torpaqlarını işğal edən Rusiya ilə eyni formatda iştirakdan çəkinirdi. Ancaq hazırda Gürcüstan hökumətinin Qərb ölkələri ilə münasibətlərində problemlər mövcuddur. Ona görə də Gürcüstanın yaxın gələcəkdə 3+3 formatına qatılacağı ehtimalı artıb. Bu format bir qrup Avropa dövlətinin, o cümlədən Fransanın xoşuna gəlmir. Çünki Fransa oyundankənar vəziyyətdə qalıb. Paris çox çalışdı ki, Ermənistanın əli ilə regional əməkdaşlıq alınmasın. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər Fransa prezidenti Emmanuel Makronla yaxın olsa da, 3+3 formatındakı iştirakdan imtina etməyib. Çünki regional əməkdaşlıq formatı ilk növbədə elə Ermənistanın maraqlarına cavab verir. ABŞ-a gəldikdə, hazırda Tramp administrasiyasının başı Rusiya-Ukrayna müharibəsinin həllinə və Yaxın Şərqə qarışıb. Digər tərəfdən, Ağ Evin hazırkı sahibi Kreml sahibi ilə yaxınlaşmağa çalışır. Bu səbəbdən Vaşinqton 3+3 formatını əngəlləmək istəməyəcək. Bütün hallarda bu formatın uğur qazanması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir. Bunun üçün isə Ermənistan Konstitusiyası dəyişməlidir. Nikol Paşinyan artıq bunun anonsunu verib, indi ondan real addımlar gözləyirik”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, ABŞ-ın 3+3 formatına qarşı çıxaraq, onun əvəzinə 3+1 modelini irəli sürməsi Vaşinqtonun bölgədəki strateji maraqlarının birbaşa əksidir: "3+1" formatı ABŞ-ın Gürcüstan, Ermənistan və Azərbaycanla əməkdaşlıq etməsini nəzərdə tutur ki, bu da region ölkələrini Rusiya, İran və Türkiyədən uzaqlaşdırmaq və daha çox özünün dominant olduğu məkanda fəaliyyət göstərməsi məqsədi güdür. Bu yanaşma, ABŞ-ın Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin bu formatın irəli sürülməsi bölgədə iştirak edən digər güclərin maraqları ilə ziddiyyət təşkil edir. Xüsusilə İran və Rusiya ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsinə qarşıdır və bu kontekstdə onlar özlərinin də daxil olduğu 3+3 formatının güclənməsinə çalışırlar. Digər tərəfdən, Türkiyənin Cənubi Qafqazda mövcudluğu və onun bu bölgədə müstəqil aktor kimi hərəkət etməsi yeni regional güc balansının formalaşmasında mühüm rol oynayır. Türkiyə bir sıra beynəlxalq məsələlərdə ABŞ-la tərəfdaş olsa da, Cənubi Qafqazda öz müstəqil siyasətini yürütmək və regionda xarici təsirlərin azaldılmasına töhfə vermək istəyir. Bu, eyni zamanda Azərbaycanın strateji maraqları ilə də üst-üstə düşür. Azərbaycan üçün əsas prioritetlərdən biri regional təhlükəsizliyi təmin etmək, iqtisadi inteqrasiyanı inkişaf etdirmək və Cənubi Qafqazı xarici müdaxilələrdən mümkün qədər qorumaqdır. Azərbaycanın balanslı xarici siyasəti onun Rusiya, İran və Türkiyə ilə əməkdaşlıq etməsinə şərait yaradır, lakin bu əməkdaşlığın hər hansı formada Azərbaycanın milli maraqlarına təhlükə yaratmaması üçün ciddi diplomatik manevrlər tələb olunur. Digər tərəfdən, ABŞ-ın bölgədəki təsirini artırmaq cəhdləri, Ermənistanın maraqları ilə müəyyən qədər üst-üstə düşür, çünki İrəvan hazırda regional güclərdən, xüsusilə Rusiyadan asılılığını azaltmaq üçün Qərbin siyasi və iqtisadi dəstəyinə ehtiyac duyur. Bu baxımdan, Ermənistanın xarici qüvvələrin iştirakı ilə daha çox formatlara meyllənməsi onun təhlükəsizlik dilemmasının nəticəsi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq və müharibədən sonrakı mərhələdə Azərbaycanın əldə etdiyi üstünlük region ölkələrinin xarici təsirlərdən asılılığını azaltmaq üçün daha çox öz aralarındakı əməkdaşlıq formatlarına yönəlməsinə şərait yaradıb. 3+3 formatı region ölkələrinin qarşılıqlı dialoq və əməkdaşlıq yolu ilə regional problemləri həll etməsi üçün potensial bir mexanizm olsa da, bu formatın gələcəkdə necə inkişaf edəcəyi, iştirakçı dövlətlərin siyasi maraqları və Qərbin bu bölgədəki mövqeyindən asılı olaraq dəyişə bilər. Azərbaycan üçün əsas çağırış, bu format daxilində öz suverenliyini və milli maraqlarını qoruyaraq, həm Rusiya və İranın təzyiqindən qorunmaq, həm də Qərbin bölgədəki maraqları ilə balanslaşdırılmış siyasət aparmaqdır".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Dünən, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Dünən, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Dünən, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Dünən, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Dünən, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Dünən, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Dünən, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Dünən, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Dünən, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Dünən, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Dünən, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Dünən, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Dünən, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Dünən, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Dünən, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Dünən, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Dünən, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Dünən, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Dünən, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Dünən, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Dünən, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Dünən, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru