
"Deməli, "Kontakt Home"dan kreditə telefon və planşet götürülüb..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra əlavə edir: "Telefonun pulu vaxtında ödənilib, amma planşetdə gecikmə olub: 5 ay...
Bunlar da telefonu bağlayıblar. Əsas məsələ odur ki, planşetə görə 550 manat faiz yazılıb...
Bu qədər faiz düzgündürmü?
Deyirəm, biraz endirim edin... bağlayım... ən azı faizi azaldın... Amma baxmırlar...
Məhsulun öz qiyməti kredit faizi ilə birgə 1300 manatdır. O qədər öədniş olunub, indiki borc hələ 1550 manatdır.
550 manat faizin gəlməyi nə dərəcə düzgündür?"