ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Tarix: 20-01-2025, 12:29 |
Çap et
Donald Trampın andiçmə mərasimindən sonra Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Biz ABŞ-la münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə və strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlarımız olacaq”, - Kobaxidze bildirib.
Onun sözlərinə görə, son dörd il bütün dünya üçün çətin keçib və Gürcüstanda dörd inqilab cəhdi olub.