Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Tarix: 20-01-2025, 12:44 |
Çap et
"Ölkəmizdə baş tutacaq bələdiyyə seçkilərinin ilkin nəticələri ən gec yanvarın 30-da bəlli olacaq. Çünki, prezident və parlament seçkilərindən fərqli olaraq, hesablamalar aparmaq çətindir".
Modern.az xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında qeyd edib.
Komitə sədrinin sözlərinə görə, protokolların hesabatlarınə aparmaq yetəri qədər vaxt apara prosesdir:
"Biz gün boyu dairə və məntəqə komissiyaları ilə əlaqədə oluruq, lakin namizədlərin sayının çoxluğunu nəzərə almaq lazımdır".