Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
![Trampın Putinə sürpriz hədiyyəsi Trampın Putinə sürpriz hədiyyəsi](https://dia-az.space/uploads/posts/2025-02/thumbs/1739454654_0001.jpg) Tramp və Putin görüşünün Ukraynanı məğlubedici sülhə məcbur etməsi dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrin iqtisadiyyatında hansı ciddi nəticələr doğura bilər?
Bu barədə Musavat.com-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib:
"İlk təsir neft və qaz bazarına olacaqdır.
Razılaşma müharibənin bitməsinə gətirib çıxaracağı halda, enerji bazarında gərginlik azalacaq neft və qaz qiymətləri düşməyə başlayacaq. Bunun əsas səbəbi Rusiya-Qərb arasındakı sanksiyaların yumşaldılmasına görə Moskvanın neft və qaz ixracını artırması olacaq. Enerji qiymətlərinin enməsi bütün enerji ixracatçıları kimi Azərbaycanın da neft-qaz ixracı gəlirlərinə mənfi təsir göstərəcək.
Amma burada bir məsələ var ki, hazırda Avropa ABŞ-dan bahalı LNG idxal edir. Rusiya ilə Qərb arasında münasibətlər istiləşərsə, Avropa ölkələri məcbur olduqları yüksək qiymətli LNG idxalını azaldaraq, Rusiya qazına qayıda bilər. Bu zaman ABŞ-ın Avropaya qaz satış azalacaq. Bu məqamın sualı budur ki, ABŞ bunu qəbul edəcəkmi? Ya bu itkinin nə ilə kompensasiya edilməsi nəzərdə tutulur? Əsas məqam ABŞ-ın Çinlə qarşıdurmaya fokuslanması olacaq. ABŞ-ın Rusiyadan diqqətini ayırıb, Çinə yönəltməsi Asiya bazarlarında qeyri-müəyyənlik yaradacaq. Çinə tətbiq edilən tariflər güclənərsə, ticarət müharibəsi qızışacaq və qlobal tədarük zəncirləri pozula bilər. Bu həm də ABŞ-ın qlobal rolunun dəyişməsi deməkdir. Bu dəyişiklik investorların etibarına təsir göstərə bilər".
Ekspert qeyd edir ki, Rusiya ilə sülh ABŞ iqtisadiyyatına sabitlik gətirsə də, Avropa üçün təhdidləri gücləndirəcək:
"Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərindən məhrum olduqlarını hiss edib öz hərbi xərclərini artırmağa məcbur qalacaq. Bu isə xərclərin artmasına və iqtisadi tənəzzül riskino yüksəldəcəkdir.
ABŞ indi ehtimal edilənaddımları atarsa, ən acınaqlı halı Ukrayna yaşayacaq. Çünki, Ukrayna ərazi güzəştlərinə gedərsə, beynəlxalq investisiyalar ölkədən çıxacaq, iqtisadiyyat iflic olacaq. Müharibədən sonra infrastrukturun bərpası üçün beynəlxalq maliyyə yardımları zəifləyəcək. Bəlkə də daha pis.
MDB məkannda güc balanslarında daşlar yenidən oynaya bilər. Rusiya bölgədə daha dominant güc kimi çıxış edəcək. Bu isə digər respublikaların manevr imkanlarını məhdudlaşacaq.
ABŞ Rusiya ilə anlaşdıqdan sonra əsas diqqətini Çinə yönəldəcək. Bu, Çinin iqtisadi və hərbi cəhətdən sıxışdırılmasını daha da gücləndirəcək. Çinin ixracatına qarşı ABŞ və müttəfiqlərinin koordinasiyalı təzyiqi artacaq. Amerikanın Çinə qarşı apardığı strategiya Yaponiya, Cənubi Koreya, Hindistan və Avstraliya kimi müttəfiqlərin hərbi və iqtisadi cəhətdən gücləndirilməsini nəzərdə tutacaq. Xüsusilə Hindistan alternativ istehsal bazası kimi inkişaf etdiriləcək.
Eyn zamanda Çini zəiflətmək üçün Tayvana silah satışını və hərbi dəstəyini gücləndirəcək. Bu isə Çin üçün əlavə risklər yaradacaq. Bundan sonra Çin texnologiya şirkətləri üzərində yeni sanksiyalar tətbiq edilə bilər. Bu zaman Çin yarımkeçiricilər və yüksək texnologiyalar sahəsində çətinliklərlə üzləşə bilər.
Beləliklə, Tramp və Putin arasındakı sülh Ukraynanı məğlubedici razılaşmaya məcbur edərsə, bu arzuediləməz dəyişikliklərə səbəb ola bilər. Bəs ABŞ bu riskə gedərmi? ABŞ-ın bu cür bir riski qəbul edib-etməyəcəyi sual altındadır. Çünki bu, yalnız Avropa və Ukrayna üçün deyil, həm də Asiya bazarları, qlobal tədarük zəncirləri və ABŞ-ın özünün iqtisadi və hərbi gücü üçün ciddi təsirlər yaradacaqdır. Buna görə də mən Trampın bu manevrlərinin dərinliyində da daha ciddi və sirr kimi saxlanılan bir strategiyanın durduğunu düşünürəm. O heç bir halda bu gün danışılanlar kimi, Ukrayna torpaqlarını Rusiyaya hədiyyə edib, onu rahat buraxa bilməz. Əks halda, bütün şərq yarım kürəsi üçün çətin günlər olacaq".
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.space/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nura bu mahnını yenidən oxudu, trend oldu - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib - “Flightradar24”
Bu gün, 00:57 |
|
|
|
• Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya - Səfirliyimizdə “Bülbüloğlu ənənəsi” davam edir
Bu gün, 00:51 |
|
|
|
• USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır - ÇÜNKİ...
Bu gün, 00:47 |
|
|
|
• Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? - Beyləqanda ACINACAQLI DURUM
Bu gün, 00:39 |
|
|
|
• Bakı və Moskva arasında böhran - 500 min azərbaycanlının taleyi necə olacaq?
Bu gün, 00:33 |
|
|
|
• Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər - AKTUAL
Bu gün, 00:29 |
|
|
|
• Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Bu gün, 00:14 |
|
|
|
• Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05 |
|
|
|
• "Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02 |
|
|
|
• Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46 |
|
|
|
• “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41 |
|
|
|
• “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44 |
|
|
|
• Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42 |
|
|
|
• İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39 |
|
|
|
• Paşinyan Münhenə getdi
Dünən, 22:38 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40 |
|
|
|
|