
Fevralın 26-sı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib. Bu barədə "DİA-AZ"a MN-dən xəbər verilib.
Abidə önünə gül dəstələri düzən Müdafiə Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsini dərin hörmətlə anaraq ehtiram nümayiş etdiriblər.