
Azərbaycanda tezliklə əfv sərəncamının imzalanması gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları başlayıb. İlk iclasın fevralın 12-də baş tutub. Növbəti iclasın sabah keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Sonuncu əfv sərəncamı isə ötən ilin may ayında imzalanıb. Sərəcamla 154 nəfər əfv edilib, onlardan 63-ü cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
71-ci əfv sərəncamının neçə nəfəri əhatə edəcəyi hələlik məlum deyil.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, əfv üçün bir çox tanınmış məhbusun adı təqdim edilib.
"Bizim siyahda hamının adı mövcuddur. Siyahıda tanınmışlardan Bəxtiyar Hacıyevin də adı var. Görək nə olacaq. Siyahıda çox adam var", - o qeyd edib.