
Rusiyanın Kurqan vilayətində İrtış yolunun 263-cü kilometrliyində “Abşeron” kafesinin söküntüsünə başlanılıb. Ərazidə ekskavator və yük texnikası işləyir və müəssisənin binalarını sökür.
Bizim.Media xəbər verir ki, bu barədə sökülmə işlərinin aparıldığı yerə baş çəkən URA.RU-nun müxbiri məlumat verib.
Bundan əvvəl URA.RU saytı “Abşeron” kafesinin Kurqan meriyasının büdcəsi hesabına söküldüyünü yazmışdı. Əsaslı Tikinti İdarəsi 600 min rubl (təxminən 11 min 821 manat) üçün iaşə obyektlərinin sökülməsi üçün müqavilə imzalayıb.
Magistral yolun üzərindəki müəssisə qanunsuz tikilib. O, azərbaycanlı biznes ailəsinə məxsusdur. Qanunsuz tikinti 2029-cu ilə qədər sökülməli idi, lakin məhkəmə qərarı icra olunmayıb və yol kənarındakı müəssisə fəaliyyətini davam etdirib. Fevral ayında obyektin sahibi binanı tikinti materialları üçün satmaq istəsə də, bir həftə sonra həmin postu silib.

