İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Tarix: 20-01-2025, 11:07 | Çap et
Əvvəlcə onu deyək ki, adətən (xüsusən də ABŞ siyasi slenqində!) istefaya getməkdə olan və bir daha böyük siyasətə qayıtmayacaq prezidentləri və baş nazirləri belə adlandırırlar.
Bu mənada erməni baş naziri hələ “axsaq ördək” deyil, baxmayaraq ki, yerli mətbuat da tez-tez onun mümkün istefasından danışır. Amma növbəti parlament seçkilərinə hələ bir il qalıb və bir il ərzində çox şey dəyişə bilər.
Bəli, hazırda Ermənistanda çox maraqlı və həm də qəliz bir siyasi situasiya hökm sürür. Detallı, əhatəli və peşəkar rəy sorğuları aparılmasa da ən müxtəlif mülahizələrdən belə bir nəticə hasil etmək olar ki, Paşinyan və partiyası böyük reytinqə malik olmasa da hələ də zəiflərin sırasında ən güclü, lider olaraq qalır.
Əsl güclü siyasi partiya vakansiyası isə hələ boşdur – erməni respondentləri və ya elektoratı hələ onu müəyyən etməyib, ölkə siyasətində böyük boşluq var və üstəlik, kimsə düşünmür ki, onu keşiş Qalstanyan kimi siyasi avaralar (biz onu daim “On iki stul”dakı keşiş Fyodor ataya bənzədirik!) doldura bilər, yox, bu, prinsipial olaraq mümkün deyil və bir il sonra baş tutacaq növbəti parlament seçkilərinin nəticələri hətta ən təcrübəli təhlilçilər üçün belə sirr olaraq qalır.
Ona görə də indi diqqətlər bu il ərzində nələrin baş verə biləcəyinə yönəlib, həm də ona görə ki, onlar gələcək prezident seçkilərinə də işıq tuta bilərlər.
Növbəti siyasi il həm də onunla başladı ki, erməni rəsmi tərəfi Azərbaycanın Minsk Qrupunun buraxılması ilə bağlı tələbinin və ya təklifinin nəzərdən keçirildiyini bəyan etdi. Ona görə də diqqətlər indi əsasən bu istiqamətdədir.
Üstəlik, bu ay Davosda keçiriləcək yüksək görüşdə bu məsələnin də razılaşdırılacağı zənn edilir. Amma bununla bağlı müəyyən tərəddüdlər də var.
Birincisi, bir az əvvəldə qeyd etdiyimiz kimi, indi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür, Azərbaycanın tələblərini yerinə yetirmək, güzəştlərə getmək Paşinyan üçün böyük siyasi pozitivlər vəd etmir, çox təəssüf, təkcə erməni radikalları deyil, elə erməni cəmiyyəti də daha konstruktiv regional siyasət istəyilə alışıb-yanmır.
Amma o, da var ki, Paşinyan anlamalıdır ki, ölkəsinin regional vəziyyətini ciddi şəkildə dəyişmədən Rusiyaya qarşı demarş edə və üzünü Avropaya tərəf tuta bilməz. Aydın məsələdir ki, Moskva hələ daha çox Ukrayna ilə məşğuldur və bir növ hələ Ermənistana əli yetmir, amma belə vəziyyət heç də çox çəkməyəcək – Kremlin ya əli uzanacaq, ya da qısalacaq və bu, daha çox yeni ABŞ prezidentinin Ukrayna ilə bağlı hansı siyasət aparmasından asılı olacaqdır...
Bir daha Minsk Qrupu məsələsinə qayıtsaq, gərək qeyd edək ki, ATƏT-də qərarlar konsensus yolu ilə qəbul edilir. Bəli, ən azı məntiqə görə, Minsk Qrupu ilə bağlı qərarı ilk növbədə Bakı və İrəvan qəbul etməlidir, digərləri isə onu sadəcə, təsdiqləməlidir, çünki məsəl var, deyirlər ki, bəs Roma papasından artıq xristian olmaq olmaz!
Amma buna cəhd edənlər də az deyil, məsələn, Fransa kimi, hansı ki, dünyanın başqa yerlərində laxlamış mövqelərini Cənubi Qafqazla kompensasiyaya etməyə çalışır və bir növ, Ermənistanı qızışdırmaqda davam edir. Amma ötən dəfələrdə də qeyd etmişdik ki, Minsk Qrupu bir institut kimi də funksionallığını itirib.
Birincisi, Bakı birmənalı şəkildə onun xidmətindən imtina edib və İrəvan da bunu edərsə, onun kiminlə və necə əməkdaşlıq edəcəyi böyük bir sualın predmeti olacaq.
İkincisi, həmsədrlərin aralarında ciddi problemləri var: az qala öz aralarında müharibə aparan Vaşinqton, Paris və Moskva başqa bir konflikti guya “həll etmək” üçün (əslində o, artıq həll olunubdur!) necə “konstruktiv əməkdaşlıq” qura bilələr?
Məgər onlar doğrudanmı anlamırlar ki, qatar artıq çoxdan gedib? Burada qeyd edək ki, amerikalıların bəyanatlarından belə hiss olunur ki, onlar keçmiş diplomatik şablonların qalmasında israr etmir və tərəflərin təklif edəcəyi istənilən formatda əməkdaşlığa hazır olduqlarını deyirlər.
Düşünürdük ki, elə Moskva da bu məsələdə israr etməyəcək. Deməli, qalır yalnız Makron Fransası – bəli, Roma papasından daha artıq xristian olmağa o, cəhd edə bilər. Hər halda, lap yaxın vaxtlarda bu məsələyə də aydınlıq gələcək...
O ki qaldı Ermənistanla Azərbaycan arasında digər razılaşmalara, İrəvan daim məsələlərin böyük əksəriyyətilə bağlı razılığın olduğunu deyir, amma biz bunun praktik ifadəsini görmürük.
Məsələn, adi bir detalı qeyd edək: təxminən dörd il ərzində sərhədlərin cəmi 11 km-i razılaşdırılıb!
Əlbəttə, sərhədlərin delimitasiyası və demarkasiyası çox çətin problemdir, məsələn, biz hələ Gürcüstanla bütün sərhədləri razılaşdıra bilməmişik, amma bütün hallarda, dörd ildə cəmi 11 kilometr də çox az göstəricidir.
Düzdür, bugünlərdə deyildi ki, son razılaşmalar nəticəsində bu xüsusdakı müzakirələr əlavə impuls alıbdı, amma düşünmürük ki, bu, çox ciddi təkan olsun – necə deyər, xəmir hələ çox su aparacaq...
Odur ki, “Paşinyan axsaq ördəyə bənzəyirmi?” sualı tamam predmetsiz də deyil.
Bu adamın aktivində hələ iki pozitiv xal var. Birincisi, o, Rusiyaya qarşı qüvvədə olan sanksiyalardan çox yaxşı qazanır və nə olursa-olsun, Kreml də onun bu xidmətindən imtina etmək niyyətində deyil. İkincisi, ölkəsi hüdudlarında (başqa cür də olmur və ya çox nadir hallarda olur!) Paşinyan həqiqətən demokratdır- hər halda, Koçaryandan və Sarqsyandan daha çox demokratdır.
Erməni cəmiyyəti də bunun hələki fərqindədir və bir daha, təzədən kriminal əyalət klanı olan keçmiş Dağlıq Qarabağ dəstəsinin hakimiyyətə qayıtmasını istəmir.
Odur, belə demək olar ki, baş nazir Nikol Paşinyanın hələki bir ayağı axsayır və bu bir il ərzində ya onun başqa ayağında da problem yaranacaq, ya da tam əksinə, erməni baş naziri lap vəhşi ördəklər kimi qanad çalıb yüksəkliklərdə uçacaq – lap Aleksandr Rozenbaumun çox məşhur bir mahnısında deyildiyi kimi...
Hüseynbala Səlimov - musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40 |
|
|
|
• “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38 |
|
|
|
• Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36 |
|
|
|
• "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21 |
|
|
|
• "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17 |
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
|