Jurnalist Şəmşad Ağa saxlanılıb .....                     USAİD-in ləğvi Ermənistanı yasa boğub .....                     "Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" .....                     “Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” .....                     Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` .....                     "Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." .....                     AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... .....                     Türkiyə-Ermənistan sərhədi açılır .....                     "Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." .....                     Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                 

ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Tarix: 20-01-2025, 12:33 | Çap et
ABŞ-Ermənistan xartiyasının pərdəarxası
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi vəzifə müddətinin bitməsi ilə bağlı vida müraciətində Bakı ilə Vaşinqton arasında tərəfdaşlığın “əhəmiyyətli inkişafa təkan verdiyini və davamlı gələcəyin əsasını qoyduğunu” bildirib.
Müəmmalı "unutqanlıq"
ABŞ-nin Azərbaycanda mina təhlükəsi ilə mübarizəyə milyonlarla dollar ayırdığını vurğulayan səfir, yalançı konspiroloji nəzəriyyələrə əsaslanan skeptiklərin ikitərəfli münasibətlərə şübhə toxumu səpməyə çalışmasına baxmayaraq, Vaşintonun hərəkətlərinin bu iddialardan daha “yüksək səslə danışdığını” iddia edib.

Maraqlıdır ki, milyonlarla dolların, özü də Amerikanın verdiyi vəsaitdən dəfələrlə artıq ölkəmizin buna ayırdığı pulların, təcavüzkar Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların təmizlənməsinə xərcləndiyini “unudan” Mark Libbi, Vaşinqtonun İravənla strateji tərəfdaşlıq barədə imzaladığı xartiyanı da yada salmağa lüzum görməyib. Özünün birbaşa rəhbəri olan Antoni Blinkenin erməni həmkarı Ararat Mirzoyanla imzaladığı bu sənədin əslində Ermənistandakı revanşistlər üçün kart-blanş rolu oynadığını yaxşı dərk edən səfirin belə “unutqanlığı” məntiqlə başa düşüləndir.

Sözügedən xartiyada, layiqli və davamlı sülhün Cənubi Qafqazda daha sabit və firavan gələcək üçün əsas olduğu, Vaşinqtonun isə Ermənistan və Azərbaycan arasında sülh prosesini, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan demarkasiya prosesini dəstəklədiyi vurğulanır.

Həmçinin, ABŞ-nin Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarı olduğu bildirilir. Amma bu kontekstdə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsinə əsasən Zəngəzur Dəhlizi ilə bağlı İrəvanın öz üzərinə götürdüyü öhdəliyə yox, Nikol Paşinyanın irəli srüdüyü absurd “Dünyanın kəsişməsi” layihəsinə güclü siyasi dəstək verilməsi zərurəti qeyd olunur.

Xartiyada ən diqqətçəkən məqam tərəflərin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının əhatə dairəsini genişləndirmək, ikitərəfli müdafiə məsləhətləşmələrinə başlamaq və peşəkar hərbi təlim vasitəsilə Ermənistan Silahlı Qüvvələrinə kömək etmək niyyətinin ehtiva olunmasıdır. Beləliklə, Vaşinqton Cənubi Qafqazda tarixən təcavüzkar siyasət yürüdən və hazırda regionda yeni müharibə təxribatına əl atmaq üçün əlverişli fürsət gözləyən Ermənistanın silahlandırılmasını və ordusunun gücləndirilməsini İrəvanla əməkdaşlığın vacib komponenti kimi qiymətləndirir.

Qeyd edək ki, xartiya erməni cəmiyyətində ciddi tənqidlə qarşılanıb. Məsələn, erməni politoloq, amerikaşünas Suren Sarkisyan Vaşinqtonla İrəvan arasında imzalanmış srateji tərəfdaşlıq xartiyasının ABŞ-nin Ermənistana təhlükəsizlik zəmanəti vermək, hərbi yardım göstərmək və ya silah-sursat satmaq üçün heç bir öhdəliyini nəzərdə tutmadığını bildirib ki, bu da həqiqətən belədir.

Çünki erməni revanşistlərin iddialarına rəğmən, hərbi bazaların və ya hərbi kontingentin yerləşdirilməsi, habelə qarşılıqlı hərbi yardım yalnız hərtərəfli strateji tərəfdaşlıq sazişində xüsusi bəndlərin ehtiva olunması nəticəsində həyata keçirilə bilər. Məsələn, Rusiyanın Belarus və Şimali Koreya ilə hərtərəfli strateji tərəfdaşlıq barədə imzaladığı sazişlərdə qarşılıqlı hərbi yardım məsələsi xüsusi maddələrdə öz əksini tapıb. Amma Rusiya ilə İran arasında iki gün əvəvl imzalanmış analoji müqavilədə belə bir müddəa yoxdur.

Yeri gəlmişkən, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının yerləşdirilməsi də 1995-ci il martın 16-da imzalanmış 25 illik xüsusi müqavilə əsasında razılaşdırılıb, 2010-cu ilin avqustunda isə iki ölkənin prezidentləri bu müqavilənin müddətini 2044-cü ilə qədər uzatmaq barədə protokol imzalayıblar. 2011-ci ilin aprelində bu protokol Ermənistan və həmin ilin iyununda isə Rusiya parlamentləri tərəfindən təsdiqlənib. 1997-ci ilin avqust ayının sonlarında hətta Rusiyanın Ermənistandakı hərbi bazasında xidmət keçən hərbçilərin bazadan kənar yerlərdə silhadan istiafadə etməsi barədə xüsusi saziş də imzalanıb.

ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası isə nəinki hərbi yardımı nəzərdə tutan müqavilə deyil, heç hərtərəfli strateji tərəfdaşlıq sazişi də deyil. Bu, əslində, mahiyyət etibarı ilə, hərbi yardımı nəzərdə tutmayan niyyətlər protokoludur.

Gizli və aşkar niyyətlər
Amma imzalanmış xartiyaya istinad edən Vaşinqtonun Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərmək planı bu məsələyə xüsusi çalar qatır. Belə ki, hazırda ikitərəfli müqaviləyə əsasən, Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiyanın Feteral Təhlükəszilik Xidmətinin (FTX) sərhəd qoşunları qoruyur. 10 noyabr 2020-ci il Üçtərəfli Bəyannaməsində də Zəngəzur Dəhlizinin Ermənistandan keçən ərazisinə məhz bu qüvvələrin nəzarət edəcəyi ehtiva olunur.

Bu baxımdan, ABŞ-nin son zamanlar Qərbi Zəngəur ərazisində möhkəmlənmək cəhdlərinin, o cümlədən ora xüsusi sərhəd mühafizə qrupu göndərmək planının arxasında “bir gülləyə iki dovşan vurmaq” niyyəti gizlənir. Bir tərəfdən, Zəngəzur Dəhlizinin Ermənistandan keçən ərazisinə Rusiyanın nəzarət etməsini əngəlləmək və gələcəkdə hətta Rusiyanın sərhəd qoşunlarının tədricən Ermənistan-İran, habelə Ermənistan-Türkiyə sərhədlərindən uzaqlaşdırmaq, digər tərəfdən isə, İranın “qulağının dibində” möhkəmlənməklə Tehran üçün ciddi təhdidlər atmosferi yaratmaq.

İrana qarşı çox sərt mövqeyi ilə seçilən və Rusiya ilə Ukrayna münaqişəsinin dayandırılması barədə Putinlə tezliklə razılaşmağa çalışacağını dəfələrlə vurğulayan Donald Trampın andiçmə mərasiminə təxminən bir həftə qalmış Ermınistanla strateji tərəfdaşlıq xartiyası imzalayan Bayden administrasiyası əslində Cənubi Qafqaza özünün sonuncu “təhrikçi sürpriz”ini edib. Tramp administrasiyasının bu təxribatçı siyasətin girovuna çevriləcəyi halda onun Moskva və Tehranla ortaq məxrəcə gələ biləcəyi inandırıcı görünmür. Bu isə, Cənubi Qafqazda yeni müharibənin alovlanması təhlükəsini gücləndirir.

Tarixən ermənipərəst mövqeyi ilə seçilən demokratların hakimiyyəti təhvil vermək ərəfəsində getdikləri bu avantüra Rusiyanın nüfuzuna Cənubi Qafqazda ciddi zərbə endirmək cəhdinin və İrəvanı Moskvanın orbitindən çıxarmaq yönündə onların apardıqları ənənəvi siyasətinin məhsuludur.

Bu oyunda kim uduzdu, kim uddu?
Bayden administrasiyasının siyasətinin mahiyyəti bəlli olsa da, Paşinyan hökumətinin hərəkətlərinin hansı məntiqə söykəndiyi heç cür anlaşılan deyil. Belə ki, ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası sayəsində Vaşinqton ciddi geosiyasi dividendlər qazanacağı halda, ermənilərin Rusiya və İranı qıcındırmaqla əhəmiyyətli dərəcədə iqtisadi itkilərə məruz qalacağı heç bir şübhə doğurmur. Belə gedişlə onsuz da sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistan nəinki ən ucuz qiymətlərə aldığı Rusiya qazından, habelə Qərbin sanksiyalarından yan ötərək Rusiya ilə aparıdğı kölgə işbirliyi sayəsində qazandığı milyardlarla dollardan məhrum ola bilər.

Ən əsası isə, növbəti dəfə böyük güclərin əlində alətə çevrilən Ermənistan son nəticədə yeni faciə ilə üzləşməli olacaq. Digər tərəfdən, Donald Trampın demokratların bir sıra “ağılsız” addımalrı kimi Bayden administrasiyasının Cənubi Qafqaza son “təxribatçı sürprizi”ni də ləğv edəcəyi istisna deyil. ABŞ-nin yeni prezidentinin Azərbaycana və Türkiyəyə sərgilədiyi münasibət belə düşünməyə tam əsas verir. Bu münasibətin əsas səbəbi isə bölgədəki yeni geosiyasi reallığın bütün məsələlərdə Bakı və Ankarının mövqelərinin nəzərə alınması zərurətidir.

Sahil İsgəndərov, politoloq
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru