Mərkəzi Bank “Əsas vəsaitlərin sığortalanması xidməti” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Paşa Sığorta” ASC olub.
Qalib şirkətlə 209 910 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, tender çərçivəsində daşınmaz əmlakın icbari və əlavə risklərdən sığortası, maşın və avadanlıqların sığortası, elektron cihaz və avadanlıq sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası xidmətləri satın alınacaq.