Ağdam rayonunun Kəngərli kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinə xərclənəcək vəsaitin həcmi məlum olub. İqtisadiyyat.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tikinti işlərini "Real-İnşaat" şirkətinə həvalə edib.
Dövlət Xidməti ilə şirkət arasında bağlanılacaq müqaviləyə əsaəsn, kənddə qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri 6.728.065,17 manata başa gələcək.