“Avant Group” Mənzil Tikinti Kooperativinə yaxın yeni şirkət təsis edilib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Avant Seaside” Mənzil Tikinti Kooperativini dövlət qeydiyyatlına alıb.
MTK-nın direktoru Azər Hümbətov Fəxrəddin oğludur. A.Hümbətov 2014-cü ildən əsas şirkət olan “Avant Group”un rəhbəridir.
“Avant Seaside” MTK Bakı şəhəri Yasamal rayonu, Tbilisi pr, ev 49c, Çıraq Plaza Mərtəbə 5-də dövlət qeydiyyatına alınıb.
Hazırda “Avant” brendində olan iki MTK var: “Avant Luxe” və “Avant Nova”.
Xatırladaq ki, “Avant Group” MTK 2012-ci ildə təsis edilmiş mənzil tikinti kooperatividir. Tikinti şirkəti ölkədə “Avant Park”, “Avant Vista”, “MoMA Liv”, “Xətai Park” və “Almaz Park” kimi layihələri həyata keçirib.