Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar .....                     Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb .....                     Biri-birini təkzib edən açıqlamalar: .....                     "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, .....                     Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                     Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər .....                     Moskvanın “ölüm səssizliyi”... .....                     "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." .....                     Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib .....                     İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? .....                     Türkiyə 2 min km mənzilli raket istehsal edib .....                     Bu şirkət icarə xidmətindən 1,5 milyon manat .....                     Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                     Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? .....                     “Veysəloğlu”da yeni təyinat .....                     Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı .....                     Azərbaycanda DƏHŞƏT: .....                     MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər .....                 

Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Tarix: Dünən, 10:59 | Çap et
Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr
"Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur".
Bu cümlələr Azərbaycan prezidenti İlham Əliyevin Yeni il ərəfəsində xalqa müraciətindəndir. Dövlət başçısı demişdi: "Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar".

Bayram tətili günlərində xarici medianı izlədik. Bu fikirlərə, demək olar, yer ayırmırlar. Yalnız "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması hələ də xarici medianın ön səhifələrinə çıxarılır. Bu kontekstdə Azərbaycan prezidentin dövlət televiziyasına müsahibəsinə istinadlar edilir.

Bu, əlbəttə, təbiidir. Böyük faciədir və medianın gündəmində qalması məntiqlidir. Bunu təqdir edirəm.

Qərb mediasındakı həmin yazılarda təyyarənin vurulmasından sonra Rusiya tərəfinin ilk günlərdə hadisəyə münasibəti təbii ki, tənqid olunur. Bunu da doğru sayıram. Belə də olmalıdır. Amma...

Amması odur ki, Qərb mediası məhz həmin hissəni həvəslə və geniş şərh edir, bunu az qala Azərbaycanla Rusiya arasında qarşıdurma kimi təqdim etməyə çalışır. Necə deyərlər, öz arzularını gerçəklik kimi qələmə verirlər.

Burdan da göründüyü kimi, "qlobal müharibə partiyası" Azərbaycanın hansısa qonşu ölkə ilə qarşıdurmaya, mümkün olsa, müharibəyə cəlb olunmasını çox istəyir. Bulanıq sularda balıq ovu asan olur axı. Deməli, həmin dairələr üçün yaxşı olardı ki, bu konflikt Rusiya ilə olsun. Ancaq mümkün deyilsə, Ermənistanla toqquşma da məlum mərkəzlər üçün pis olmazdı.

Odur ki, Qərb mediası Azərbaycan prezidentinin Ermənistanı sülhə, silahlanma yolundan dönməyə yönəlmiş çağırışlarını eşitməzliyə vurur, amma Rusiya barəsində haqlı iradlarını qəsdən kontekstdən çıxarıb, şişirdir, "çığıran" başlıqlarla öz auditoriyalarına sırıyır. Elə bir süni fon yaradırlar ki, sanki bu gün, ya sabah Azərbaycanla Rusiya arasında münaqişə olacaq.

Bəli, Azərbaycan dövləti prezident İlham Əliyevin simasında öz təyyarəsinin vurulmasına haqlı, adekvat etirazını bildirdi. Rusiya səmasında Azərbaycanın hərbi təyyarəsi vurulsaydı, Rusiya haqlı olacaqdı. Amma vurulan sərnişin təyyarəsidir. 38 nəfər həlak olub. Onlarla yaralı var. Azərbaycan həm insan itkisi verib, həm maddi zərər çəkib. Odur ki, bunun qarşılığında Rusiya dövlətindən üzrxahlıq tələb edirdi, aldı. Günahkarların cəzalandırılmasını tələb edir, Rusiyada da cinayət işinin qaldırılmasına nail oldu. İndi qaldı bu işin sona çatdırılması və zərərçəkənlərə, eləcə də, AZAL-a kompensasiya ödənilməsi.

Azərbaycan prezidenti də məhz bu məsələlərdə - hələ yerinə yetirilməmiş tələblərdə israr edir. Burda Azərbaycan dövləti nəyi düz etməyib ki, Rusiya media orqanları İlham Əliyevi tənqid etməkdə bir-biri ilə yarışır?! Eləcə də, xaricdə gizlənmiş müxalif bloqosfera öz çirkabını Azərbaycana doğru daha çox axıdır, nəinki Rusiyaya. Rus mediasının "qırğı"ları Azərbaycan prezidentinin üzərinə "hücum çəkir".

Niyə?! Nə baş verib?! Azərbaycanın dövlət başçısı nəyi düz etməyib?! Nəyi düz deməyib?!

Hər şeyi düz edib, hər şeyi düz deyib.

Deməli, bu cür reaksiya göstərənlər ya özləri adekvat deyillər, ya da hardansa göstəriş alıblar. Hardan?! Rusiya hakimiyyətindən?! Axı Rusiya prezidenti Vladimir Putin Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib, üzrxahlığını bildirib. O halda mediadakı bu isterika nədir?! Bu, bir mənada (dolayısı ilə) öz dövlətinin əleyhinə getmək, öz prezidentinin davranışını yanlış saymaqdır.

Bəlkə bu isterik şərhləri verənlər hansısa kanallarla xaricdən gələn tapşırıqları yerinə yetirirlər?! Axı Azərbaycanla Rusiyanı toqquşdurmaqda maraqlı olan, buna çalışan xarici dairələr məlumdur. Rus mediasında antiƏliyev çıxışlar məhz həmin dairələrin tezisləri ilə çox oxşardır. Rusiya hakimiyyəti və media rəhbərləri məsələnin bu tərəflərini düşünübmü görəsən?!

İlham Əliyev təkcə öz şəxsi, insani düşüncələrini ifadə etməyib, həm də prezident kimi dövlətinin mövqeyini ifadə edib. Üstəlik bu məsələdə xalq onunla tam həmrəydir; xalqın da hisslərini və tələblərini bildirib.

Azərbaycanda birinci şəxs də daxil olmaqla heç kim deməyib ki, Rusiya təyyarəni qəsdən vurub. Hamı deyib ki, səhvən vurub, buna görə də məsuliyyət daşımalıdır. Ancaq Rusiya mediasında bu hadisə üzərindən Azərbaycan dövlətinin və prezidentinin üzərinə hücum səhv olsa da, qəsdən edilir. Qəsdən edilmiş bu səhv hərəkətlər - bu media və sosial media çığır-bağırı günahkarlıq kompleksindən doğur. Ola bilsin, prezident Putinin üzrxahlığını pərdələmək, səs-küyün içində "əritmək" istəyi var. Ya da bu, hadisənin məsuliyyətindən, dəymiş zərərin ödənilməsindən qaçmaq cəhdidir.

Hər nədirsə, yanlışdır. Üzürü günahdan betər etməkdir. Bəlkə bilərəkdən, bəlkə bilməyərəkdən.

Ancaq bu cür ləkəli vicdanlarda 38 nəfər insanın nahaq qanı var. Yaralıların ahı var. Üstəlik o həlak olanlar, yaralılar təkcə Azərbaycan vətəndaşları deyil, orda Rusiyanın öz vətəndaşları da həlak olub, xəsarət alıb. Eləcə də, Qazaxıstan, Özbəkistan və Qırğızıstan vətəndaşları zərər çəkib. Azərbaycan prezidenti həm də zərər çəkən Rusiyalıların, eləcə də qazaxların, özbəklərin, qırğızların haqqını tələb edir. Burada hansı qəbahətdən, hansı yanlış sözdən və yanlış hərəkətdən söhbət gedə bilər ki?!

Heç bir!

Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Bu gün, 22:38
Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Bu gün, 22:36
Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Bu gün, 19:00
"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Bu gün, 18:58
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Bu gün, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Bu gün, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Bu gün, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Bu gün, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Bu gün, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Bu gün, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Bu gün, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Bu gün, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Bu gün, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Bu gün, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Bu gün, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Bu gün, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Bu gün, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Bu gün, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Bu gün, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Bu gün, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Bu gün, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Bu gün, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Bu gün, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Bu gün, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Bu gün, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Bu gün, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Bu gün, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Bu gün, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Bu gün, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Bu gün, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Bu gün, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Bu gün, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Bu gün, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Bu gün, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Bu gün, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Bu gün, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Bu gün, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Bu gün, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Bu gün, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Bu gün, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Bu gün, 14:00
“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Bu gün, 13:58
Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Bu gün, 13:05
Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Bu gün, 13:02
Bu quruma yeni mətbuat katibi təyin edildi
Bu gün, 13:00
Qaziyə məxsus tikilidə uçqun: - Külli miqdarda zərər dəydi
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru